Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Erməni hərbçilər arasında dava: yaralı və həbs edilənlər var

Erməni hərbçilər arasında dava: yaralı və həbs edilənlər var
December 11
20:07 2017



Düşmən ordusunda daha 4 cinayət hadisəsi qeydə alınıb.


 

Lent.az azvision.az-a istinadən verir ki, işğal olunan Ağdərə yaşayış məntəqəsində yerləşən Ermənistan ordusunun bölmələrindən birində qarşılıqlı nizamnamə münasibətlərinin pozulmasına görə həbs olunan hərbi qulluqçular David Bağikyan, Aşot Ğantarcan və kiçik çavuş Aşot Gevorkyan barəsində cinayət işi açılıb. Hərbi qulluqçu Zakaryan isə kobud intizam üçün həbs edilib.


 


nəticəsində iki erməni hərbçisi xəsarət alıb


 


İşğal altında olan Madagiz yaşayış məntəqəsindəki Ermənistan ordusunun bölmələrindən birində hərbçilər Arutunyan və Danagyan arasında baş verən münaqişə sonradan səbəb olub. Nəticədə hər iki hərbi qulluqçu müxtəlif xəsarətləri alıb.


 


Sosial şəbəkədə paylaşılan başqa bir məlumatda isə deyilir ki, Ağdərə yaşayış məntəqəsində yerləşən işğalçı düşmən ordusunun hərbi qulluqçusu Artyom Sarkisyan feldşer kursuna göndərilib. Lakin orada baş vermiş kütləvi davada iştirak etdiyinə görə kursdan xaric edilərək xidmətini etdirmək üçün ön xətt bölmələrindən birinə edilib.


 


Axtarışda olan cinayətkar Ermənistan ordusunda xidmət edirmiş


 


Ermənistan ordusu tərəfindən işğal olunmuş Madagiz yaşayış məntəqəsində yerləşən düşmən ordusunun hərbi hissələrindən birində qulluq edən hərbçi məzuniyyətdə polis tərəfindən həbs edilib.


 


Hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilən, ikinci taborun hərbi qulluqçusu Rafael Barsamyan İrəvan şəhərində həbs edilib.


 


Sonradan məlum olub ki, R.Barsamyan hərbi xidmətə çağırılmamışdan əvvəl törətdiyi cinayətə görə polis tərəfindən axtarışda imiş.


 


Ermənistan ordusunun zabiti cinayət məsuliyyətinə olunub


 


Son vaxtlar ön xətdə döyüş növbətçiliyinin aparılması qaydalarının pozulmasına görə Ermənistan ordusunda cinayət məsuliyyətinə olunanların da sayı artmaqdadır.


 


Bu günlərdə məlum olub ki, işğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşən düşmən ordusu bölmələrindən birinin zabiti Yervand Xaçatryan həbs edilib. Onun döyüş növbətçiliyinin aparılması qaydalarını pozduğuna görə saxlanıldığı və barəsində cinayət işi açıldığı bildirilir.





Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: