Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Gənclərə qayğı gələcəyə yatırılan sərmayədir

Gənclərə qayğı gələcəyə yatırılan sərmayədir
December 11
22:47 2017

Bakı, 11 dekabr, AZƏRTAC

Heç kəsə sirr deyil ki, millətin mövcudluğu, yaşaması və inkişafı üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox . Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etmələrində böyük rol oynayıb.

Qloballaşma dalğasının geniş vüsət aldığı, informasiya məkanının sosiallaşdığı, milli-mənəvi dəyərlərin yeni təhdidlərlə üzləşdiyi bir dövrdə sağlam gənc nəslin yetişdirilməsi dövlət siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatın bütün sahələrində qazanılan nailiyyətləri öz parlaq uğurları ilə daha da zənginləşdirirlər.

Gənclər siyasətinin uğur modeli

Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə daim qayğı göstərib, onların layiqli vətəndaş, kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verib. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk günlərdən gənclərə himayədarlıq edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. Görkəmli dövlət xadimi Heydər Əliyev nitqlərinin birində bu barədə deyib׃ “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Ulu öndər Heydər Əliyev bu üç cümləlik fikrində gənclər siyasətinin üç əsas prinsipini müəyyənləşdirib: Birincisi, gənclər milli ruhda, milli mənəvi dəyərlərin əsasında tərbiyə edilməlidir; ikincisi, gənclər tariximizi və dilimizi yaxşı bilməlidirlər; üçüncüsü isə gənclər vətənpərvər olmalıdırlar. Bu prinsiplər gənclər siyasətinin həyata ilə bağlı görülən tədbirlər zamanı həmişə diqqət mərkəzində olub. Heç də təsadüfi deyil ki, amilləri gənclər siyasətinin uğur modeli adlandırırlar.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran vəzifələr və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən ümummilli lider Heydər Əliyev banisi və qurucusu olduğu müstəqil Azərbaycanda müasir düşüncəli gənc nəslin formalaşdırılması işinə sistemli yanaşmanı təmin etmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik fəaliyyətinin ilk günlərindən dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı, onun yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra mühüm dövlət proqramları hazırlandı. İlk belə mühüm sənəd 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı . Bu sənədin uğurlu nəticələri nəzərə alınaraq 2011-2015-ci illəri əhatə edən növbəti proqram qəbul edildi və yüksək səviyyədə yerinə yetirildi. Üçüncü Dövlət Proqramı isə 2017-ci ildə qəbul olunub və 2021-ci ilədək qarşıda duran vəzifələri ehtiva edir. Bu Dövlət proqramlarına əsasən, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” hazırlanıb ki, bu vacib dövlət sənədində qarşıda duran mühüm hədəflərə çatmağın yolları müəyyənləşdirilib.

Gənclərə dövlət qayğısının mühüm göstəricilərindən biri də 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, ilin fevralın 2-də gənclərin ilk forumunun keçirilməsidir. Bu forum müstəqil Azərbaycanın gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb .

1997-ci il fevralın 1-də Azərbaycan Gənclərinin I Forumunun ildönümü münasibətilə ölkə gənclərinin bir qrupunu qəbul edən Heydər Əliyev 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi barədə Sərəncam imzaladı. vaxtdan etibarən artıq 20 ki, Azərbaycanda Gənclər Günü qeyd edilir. Belə bir bayram MDB məkanında və Şərqi Avropa ölkələri arasında yalnız Azərbaycanda keçirilir.

Hazırda gənclərimiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Əgər əvvəllər istedadlı Azərbaycan gənci öz potensialını üzə çıxarmaq üçün şəraitin olmamasından gileylənirdisə, indi vəziyyət tam başqadır. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılıb. Burada elə təkcə son illər Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa qərarları ilə yaradılan çoxsaylı Gənclər mərkəzlərinin və evlərinin açılışını da qeyd etməliyik.

Azərbaycan gənclərinin dünyanın nüfuzlu ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində fəaliyyət göstərmələri dövlətin bu sahəyə qayğısının nəticəsidir. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən bu qayğı ölkə gəncliyinin dünya birliyinə inteqrasiyasını sürətləndirir.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Olimpiya hərəkatının inkişafı istiqamətində əvəzolunmaz işlərə imza atılır. Gənclərimizin Olimpiya hərəkatına qoşulması onların fiziki təmin edilməsi yönündə atılan ən mühüm addımlardandır.

Azərbaycanın hər bölgəsində və Bakıda Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Onlarla yanaşı, Azərbaycanda dünya standartlarına uyğun möhtəşəm idman qurğuları olunub. Bütün idman obyektləri gənclərimizin ixtiyarına verilib.

Dövlətimiz tərəfindən gənclərimizin mənəvi təmin edilməsi istiqamətində atılan növbəti addımlardan bir də Azərbaycanın bütün bölgələrində Gənclər evlərinin və mərkəzlərinin istifadəyə verilməsidir. Burada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb.

Ölkəmizdə gənclərin inkişafına təkan könüllülük hərəkatı da geniş vüsət alıb. Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə təcrübə toplamaları, dünyanın peşəkar mütəxəssisləri ilə birlikdə çalışmaları, bilik və savadlarını zənginləşdirməsi üçün könüllülük proqramlarının böyük əhəmiyyəti var. Son bir neçə ildə Azərbaycanda 17 mindən çox könüllü gənc beynəlxalq tədbirlərin təşkilində iştirak edib.

Azərbaycan gəncləri bu gün tarixinin ən məsuliyyətli dövrünü yaşayır. Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ respublikamızda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin potensialından geniş olunmasına ciddi zərurət yaranmaqdadır. Ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün olaraq ortaya çıxır. Bu tələblərin yerinə yetirilməsi məqsədilə Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir.

Təbii ki, layiqli gənc nəsli yetişdirmək üçün ölkəmizdə işin təşkilinə xüsusi önəm verilir. 1998-ci ildə qəbul olunan “Uşaq hüquqları haqqında” Qanun sağlam gənc nəslin formalaşması işinə edir. Azərbaycanda Prezident İlham Əliyevin tapşırığı ilə məktəbəqədər dövrdən uşaqların inkişafı istiqamətində önəmli addımlar atılır. Ölkəmizdə dünya standartlarına uyğun uşaq bağçaları olunub və bu sahədə peşəkarların yetişdirilməsi təmin edilib. Orta təhsil müəssisələrində də uşaq və yeniyetmələrin vətənpərvərlik, dövlətimizə, xalqımıza məhəbbət ruhunda böyümələri üçün önəmli işlər həyata keçirilir. Orta məktəb şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunları respublikamızda çox məşhurdur.

Ölkəmizdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi istifadəyə verilib. Bu mərkəz yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin vahid idarəetmə mexanizminin qurulması, mövcud ştat vahidləri və dərs yükü çərçivəsində onların maddi-texniki baza ilə təminatının təkmilləşdirilməsi məqsədi daşıyır.

Uşaqların fiziki və mənəvi inkişafı istiqamətində Heydər Əliyev Fondu da çox önəmli tədbirlər həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Əliyevanın təşəbbüsü və dəstəyi ilə uşaqların və gənclərin inkişafı üçün çoxlu layihələr reallaşdırılır. Heydər Əliyev Fondunun dəstəyi ilə yeni məktəblər, uşaq tərbiyə müəssisələri tikilərək istifadəyə verilib.

Beləliklə, göründüyü kimi, dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının səmərəli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

Samirə Allahverdiyeva

AZƏRTAC-ın müxbiri

(Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür)

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Tags
111172202690açılışıadlandagirdlAlAlialiyyalıballahverdiyevaalmalaramillaparılanaqlaraqlarlaarpacaqArtıqartırasılıdıratıatılanatılıravropaayayıazAzərbaycanAzərbaycandaAzərbaycandanAzərbaycanıAzərbaycanınAZƏRTACbacarbacarıqlarıbağBakıbanisibaşbaşqabaxbayramBelbeləBeynəlxalqbilənbilikbilməlidirbirbirbabirbaşabiribirincibirindbirlikdbirliyinBizbizimbubudurbunabunlarburadacanlanmascanlanmasınaCəmiyyətininciciddicürdadahaDaimdalğasıdaşıdaşıyırdavamdavamldavamlılığınındbirldekabrdeyibdeyildəndərəcəDərsdəstdəstədəstəyidəyərlərDidigərdildindiqqətdiribdirilibdirilmDövlətdövlətindövrdəDünyanıDünyanınduranedəedənedərəkedibedildiedilibediliredilmedilməlidiredilməsiedilmiedirehtivaElelanElmetdirdietdirirletdirirləretdirmetibaretibarletməetməketməliyikevlərininevrilmələləəlləəllərənərərəəriəriniərininətiətinətiniətininətləəziyyətfəalfəaliyyətfəaliyyətininfərmanfikrindfizikifondufondununformalaforumforumunungenigələgəncgənciGənclərgənclərigəncləringörGörkəmligörüləngöstəribgöstərirgözgözəgözəlgüngünlərdənhadishadisəhadisələrhakimiyyhaqqhaqqıHazırdahazırlanıbHBhdidlHeydərHeydər ƏliyevhəlliHəminhərhərbihərəkatıhərəkatınınhərtərəflihəyathəyatahəyatıhəyatınhəyatındahimayhimayədarlıqHKhurdurictimaiidmanikincisiilildiriləilədəkiliniliyinilkillərimzaimzaladimzalananincəsənətindiinformasiyainkişafıinkişafınainkişafınıninşaintellektualinteqrasiyasiqtisadiiqtisadiyyatiqtisadiyyatıirdiyiiriliririlmişinişləişlərişlərinistedadlistedadlaristifadistifadəistiqamiştirakıiştirakınIViyulunkadrlarkamilkarkarlarkeçirdiyikeçiriləkeçirilənkeçirilirkeçirilməsikənardakəskikilatlarkilinkilindkmillkomitKomitəKomitəsininkomplekslkütləviLamlayihlayihəlayihələrlayiqinclayiqlilazımildilmLiliderlidirlidirlliyevliyevanliyevinliyiklxalqmaddimalarManmaraqlarMDBmehribanmədəMədəniMədəniyyətMəhəbbətməhzməkanməkanıməkanındaməktəbMəktəbdəməktəbdənkənarməktəbəmənMənəmərkəzmərkəziməsələMəsuliyyətliMillətinmilliminminatmindənmisilsizmodelimöhkəmləndirilməsimöhtəşəmMüdafiəmüəssisələrimüəssisələrininmüəyyənmüəyyənləşdiribmüsabiqəmüstəqilnailiyynarnardanazirliknazirliyinincliyincliyinndirilmndirirneNəmnəticənəticələrinformasiyanginlninNiyyətnövbəNövbətiobyektlobyektləriolaraqolduolduğuolimpiyaolmalolmalıolmalıdırolmamasolmaqolmasolubolunanolunmalolunmasolunmasıolunubonlarOnlarıOnlarınonlarlaonuOnunordudaortaortayaoxsayloynayoynayıboyunlarözparlaqperspektivlipeşəpeşəkarpeşəkarlarpotensialpotensialıpotensiallarprezidentprezidentiprinsipiniprinsiplprinsipləriprioritetlproqramproqramlarQabqabiliyyqabiliyyətininqanunQARqarşısıqarşısındaqayğıqayğısıqayğısınınqazanqazandqazandıqazanıqeydQəbulqədərqilliyinqlobalqoyulmuqrupunuqurulmasqüvvəRAraitinrarlarrbaycanrbaycandarbaycandanreallareallaşdırespublikarespublikasRespublikasıRespublikasınınrəhbərliyiRəqabətricilrimizrimizinrininrlandrliyirliyinrolruhundasabiqsadiqSağSağlamsahəsamirsəbəbsəhvsəmərəliSənsənəsənədsənətsərəncamsəviyyəSəviyyəlisidirsininsirrsistemlisiyassiyasətinisiyasətininsiyasisizliyininsırasonsosialssislstandartlarstandartlarınastrategiyasstrukturlarsuliyysürətlətamtarixitariximiztariximizitarixinintexnikitexnologiyaTəbiitədbirlərtədbirlərinTəhsiltəkantələtələbtələbitəmintəminatıtəqdimtərtərbiyəTərbiyəsitərəfindətərəfindəntəsdiqtəşəbbüstikiltimiztinintiraktorpatorpağatutmastutmasıtuturuğuruğurlaruğurluulmasuluurlaruşaquşaqlarıuşaqlarlaüstəuyğunvacibvahidvarvarsavasitvaxtdanvaxtlarververəverənveribverilibverilirverilmVətənvətənpərvərlikvəzifəvəziyyətVIvitsexadimiXalqxalqıxarmaqxidmətxsiyyyayalnızyanyanındayanvaryanvarınyaradYaradıcılıqyaradılanyaradılıbyaratdyaşyaşayıryatayatınYazyeniyeniyetmyeniyetməYeniyetmələrinYeryerinyerliyetirildiyetirilmyetişdirilməsiyollaryükyüksəkzamanzolunmaz
Paylaş

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: