Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var

Müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var
December 11
12:59 2017

Bakı, dekabr,

Müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var.

Bu fikir Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında müasir müstəqil dövlətinin banisi ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirdə səslənib.

DSX-nin mətbuat mərkəzindən -a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Ulu Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı fotolara baxıblar.

Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov və Milli Məclisin deputatı Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, hər bir vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışıblar.

Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.

Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun əmanət ideyaların təntənəsi olduğu qeyd edilib.

Tədbirin sonunda Ulu Öndərin həyatından bəhs edən sənədli film nümayiş etdirilib.

AZERTAG.AZ :Müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var

Mətndə səhv , onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: