Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Qoğalın Yeni il macərası” Musiqili Teatrda

“Qoğalın Yeni il macərası” Musiqili Teatrda
December 11
15:50 2017

Bakı, dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrı Yeni il şənliklərinin hazırlıqlarına start verib.

AZƏRTAC xəbər verir ki, sənət ocağında Yeni il şənlikləri dekabrın 29-dan başlanacaq. Teatrın balaca tamaşaçıları “Qoğalın Yeni il macərası” adlı səhnə əsərini Azərbaycan və dillərində izləyə biləcəklər. Belə ki, Azərbaycan dilində hazırlanacaq səhnə əsərinə rejissor Elməddin Dadaşovun quruluşunda .

Rejissor tamaşa haqqındakı fikirlərini belə bölüşüb: “Bayram tamaşamızı uşaqlıqdan hamıya maraqlı olan “Qoğal” nağılının motivləri əsasında hazırlayırıq. Yeni ilin müjdəçisi olan Şaxta bayram axşamı nəvəsi Qar qızı sevindirmək, təəccübləndirmək istəyir. O, bayram süfrəsi üçün Qar qızdan qoğal bişirməyi xahiş edir. Qar qız qoğal bişirir. Qoğal Şaxta və Qar qızdan qaçaraq meşəyə gedir. Hər şey də elə sonra başlayır. Əyləncəli, macəra dolu hadisələr, oyunlar, sirli-sehrli, möcüzəli olaylar sürətlə bir-birini əvəzləyir. Biz tamaşamızı möcüzəli oyun adlandırmışıq”.

Səhnə əsərində balaca tamaşaçılar əyri pəncə Ayı, şələquyruq Tülkü, müftə yem axtaran tənbəl , qoçaq Dovşan və başqa meşə sakinlərinin Qoğalla macəralarını izləyə biləcəklər. Səhnə əsəri sözügedən tarixdən etibarən hər gün dörd olmaqla nümayiş ediləcək.

Tamaşada rolları Əməkdar Artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Gülnarə Əzizova, Pərvin Dadaşova, Mürsəlov, Eleanora Mehdiyeva, Rzayev, Əmrah Dadaşov, Atəş , Güldanə Əzimova və Mehriban Rəcəbova ifa edəcək.

dilində “Qoğalın Yeni il macərası” nağıl-tamaşasının quruluşçu isə Əhəd Hacıyevdır. Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Anton Ferştandt, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Nadejda Povelitsina, Emil Heydərov, Gülnarə Əzizova, Rauf Babayev, Telnaz Hüseynova, Yulia Heydərova, Pərviz Məmmədov və Eleanora Mehdiyeva çıxış edəcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Mətndə varsa, qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: