Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Şəhriyar Məmmədyarov Dünya İntellektual Oyunlarında gümüş medal qazanıb

Şəhriyar Məmmədyarov Dünya İntellektual Oyunlarında gümüş medal qazanıb
December 11
21:21 2017

Bakı, 11 dekabr, AZƏRTAC

Çinin Huayan şəhərində II Dünya İntellektual Oyunları start götürüb.

AZƏRTAC xəbər verir ki, yarışlar çərçivəsində 5 növ – bric, dama, şahmat, qo, Çin şahmatı və ma-conq stolüstü oyunlar üzrə görüşlər keçiriləcək.

Şahmat turnirində üç növdə nəzərdə tutulub. Şahmatçılar dekabrın -11-də rapid mübarizə aparıblar. Dekabrın 12-13-də blits, dekabrın 1-15-də isə bask şahmatı (eyni zamanda, iki şahmat taxtası üzərində müxtəlif fiqurlarla ) yarışlar keçiriləcək.

Şahmat turnirində Asiya, Amerika, Afrika və Avropa ölkələrindən 12 qadın və 12 kişi şahmatçı iştirak edəcək. Azərbaycanı kişi şahmatçıların turnirində Şəhriyar və Rauf Məmmədov təmsil edirlər.

Proqramın ilk növü rapid olub. iştirakçıları iki gün ərzində İsveçrə sistemi üzrə 7 turda yarışıblar.

Turnirin yekununa görə, kişi şahmatçıların ,5 bal toplayan rusiyalı Dmitri Andreykin qalib olub. Azərbaycanlı qrossmeyster Şəhriyar və vyetnamlı Le Kuanq Lyem eyni xal toplayıblar. Əlavə göstəricilər nəzərə alınaraq, Azərbaycan medala layiq görülüb. Rauf Məmmədov isə 12-ci yerlə kifayətlənib.

Bu Oyunlar Çində 2008-ci ildən keçirilir. Bütün bu illər ərzində beş növ üzrə yarışlarda qazanılan medalların sayına görə ufalı Aleksandr Georgiyev və Tansıkkujina rekordçudurlar. Onlar Dünya İntellektual Oyunlarında hərəyə 7 medal qazanıblar. Aleksandr Georgiyev medala sahibdir.

Proqramın digər iki növü blits və bask şahmatı olacaq. Bask şahmatında rəqiblər iki şahmat taxtası üzərində eyni zamanda mübarizə aparırlar.

AZERTAG. :Şəhriyar Dünya İntellektual Oyunlarında medal qazanıb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: