Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

ABŞ-ın paytaxtında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

ABŞ-ın paytaxtında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
December 12
08:01 2017


Vaşinqton, 12 dekabr, AZƏRTAC

Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirə ABŞ ictimaiyyətinin nümayəndələri, ölkədə yaşayan həmyerlilərimiz və səfirliyin əməkdaşları ilə yanaşı, Xocalı faciəsinə həsr olunmuş “Sülh laylayı” (The Lulluby of Peace) adlı musiqi əsərinin hazırlanmasında iştirak etmiş Vaşinqton Beynəlxalq Piano Sənəti Şurasının çoxsaylı nümayəndələri də qatılıb.

Tədbirdə səfir Elin Süleymanov Ümummilli Liderin Azərbaycanın və xalqımızın rifahında rolu, göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımları nəticəsində ölkənin hərtərəfli inkişafına nail olunduğu söyləyib. Müasir Azərbaycan dövlətinin banisi olan Ulu Öndərin qətiyyətli mövqeyinin və uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycanın irimiqyaslı tarixi layihələrə imza atdığı bildirilib.

Qeyd edək ki, günlərdə Ulu Öndərin xatirəsinə həsr edilmiş silsilə görüşlər, tədbirlər keçirilir. Belə ki, Heydər Əliyevin anım günü çərçivəsində ABŞ-ın Merilend ştatının Qida Bankına Azərbaycan ianə edilib. Merilend Qida Bankının prezidenti Karmen Del Qersio və Hökumətlə Əlaqələr üzrə direktoru Nensi Smitlə səfirlikdə keçirilən görüş zamanı Elin Süleymanov ümummilli lider Heydər Əliyevin bir neçə dəfə Merilend ştatına səfər etməsindən bəhs edib və dahi liderin sayəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişaf edərək strateji önəm almasını vurğulayıb. Səfir ümummilli liderin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti uğurlu siyasət nəticəsində ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşması, həmçinin yoxsulluq səviyyəsinin kəskin dərəcədə azalmasından bəhs edib.

Merilend Qida Bankının prezidenti K.Qersio Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Merilend Qida Bankına ölkəmizin yardımının artıq çox gözəl bir ənənəyə çevrildiyini qeyd edib və buna görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. O, həmçinin ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ilə bağlı yaranmış əməkdaşlığın Azərbaycanla Merilend ştatı arasında bağların daha da möhkəmlənməsinə səbəb olduğunu söyləyib.

N.Smit 1979-cu ildən fəaliyyət göstərən Merilend Qida Bankının vasitəsilə hər il ehtiyacı olan yüz minlərlə amerikalıya qida məhsullarının paylanıldığını qeyd edib və il Azərbaycan edilən töhfə nəticəsində qarşıdan gələn Milad və Yeni il bayramları ərəfəsində on beş min ehtiyacı olan insanın yeməklə olunacağını vurğulayıb.

Bundan başqa, səfirliyin təşkilatçılığı ilə Vaşinqton şəhərində yerləşən İslam Mərkəzində cümə namazı zamanı ümummilli lider Heydər Əliyevin ruhuna dualar və ona Allahdan rəhmət dilənib. İslam Mərkəzinin direktoru doktor Abdulla Xuc iştirak edənlərə Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqının tarixində oynadığı misilsiz rolu barədə məlumat verib. Cümə namazının ardından təşkil edilən ehsan süfrəsində 300 nəfər iştirak edib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

AZERTAG.AZ :ABŞ-ın paytaxtında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Mətndə səhv , onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Tags
12300abdullaaliyyallahdanalmasamerikalamerikalıanıanılıbanımaparılanArtıqayAyanazazalmasAzərbaycanAzərbaycanıAzərbaycanınAzərbaycanlaAZƏRTACbağbağlarıbanisiBankbaşbaşqabayramlarBelBeynəlxalqbəhsbildiribbildirilibbirBizbubunabundandadahadahidandavamdbirddbirldekabrDeldərəcədildirektorudoktorDövlətedəedəkedənləredərəkedibediləedilənedilibedilmiehtiyacElinetdiretdirəetdirənetməələləənərərəəriərininətiətiniətininətləfaciəfəaliyyətfəaliyyətifinfirliyinfirliyindgələgələngörgörüşgörüşlərgöstərgöstərdiyigöstərəgöstərəngözgözəgözəlgünhalisininHeydərhəmhəmyerlilərimizhərhərtərəflihəsrhəyatHKhsullarictimaiyyilildəildəniliyininimzainkişafıinkişafınainqtoninsaninsanıirilibiriliririmiqyaslIVkeçiriləkeçirilənkeçirilirkəskinkikilatLalayihlayihəlayihələrliderlideriliderinliyevinlumatlxalqmerilendməhsullarıməhsullarınməhsullarınınməlumatMərkəzininmiladminmisilsizmizinmünasibətlərininmusiqinailnamaznamazınenəfərNəmnənənəticənəticəsininnümayəndənümayəndələriolanolaraqolduolunacaolunacağıolunduolunmuonaonuörüşoxsayloxunuboynadözpaylanpaytaxtpaytaxtıpaytaxtındapianoprezidentiQARqatQatıqatılıbqeydQidaqurulmasqurulmasırbaycanrbaycanlardiyirifahrimizrininrlanmasroluruhunasaysəbəbsəfərSəfirsəhvSənsənəSənətisəviyyəsilsilsininsiyassiyasətiniSmitstratejiSülhtarixitarixindtədbirtədbirlərtəmintərtərəfindətərəfindəntəşkiltəşkilattinintirakuğurluuluüstəvarsavasitveribXalqxalqıxalqımızınxalqınıxatirxatirəxatirəsixidmətlərixocalyayanayaranmyardımıyardımınyaşyaşayanyemyeməyeniyerləşənyusifyüzzamanzinin
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: