Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

APA – Heydər Əliyev Koreyada anılıb

APA – Heydər Əliyev Koreyada anılıb
December 12
10:36 2017

Azərbaycanın Koreya Respublikasındakı səfirliyində Koreyada yaşayan azərbaycanlıların iştirakı ilə Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə anım mərasimi keçirilib.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, öncə Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, sonra Heydər Əliyevin həyat yoluna, “Azərbaycançılıq” ideyasına həsr olunmuş nümayiş etdirilib.

 

Mərasimdə çıxış edən səfir Rəmzi Teymurov Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində önəmli yeri barədə verib. O, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin çox çətin bir dövrdə ölkəyə rəhbərlik etdiyini vurğulayaraq, yenicə əldə etdiyimiz müstəqilliyi təhlükəsilə üzləşdiyimiz dövrdə, xalqın çağırışına biganə bilməyən Heydər Əliyevin Naxçıvandan Bakıya gəldiyini və qısa ölkədəki hərc-mərcliyə, özbaşınalığa, hakimiyyətsizliyə son qoyduğunu, bütün sahələrdə inkişaf etdirməklə ölkəni bütün dünyaya tanıtdırmağa nail olduğunu bildirib. O, Azərbaycanın uğurlu və daxili siyasətinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu və onun qoyduğu mirasın İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.

 

Tədbirdə iştirak edən Koreyanın Busan Dövlət Universitetinin biologiya elmləri üzrə professoru İsmayıl Zülfüqarov Heydər Əliyevin həyat yolundan, onun Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə, iqtisadiyyatına verdiyi töhfələrdən .

 

Digər tədbir iştirakçıları da Heydər Əliyev barədə fikirlərini bölüşüblər.

Source link

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: