Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Azərbaycanda qısa zamanda qazanılan uğurlar ilk növbədə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”

“Azərbaycanda qısa zamanda qazanılan uğurlar ilk növbədə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”
December 12
01:11 2017

Azərbaycanda qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahələrdə qazanılan uğurlar ilk növbədə ümummilli Heydər Əliyevin adı ilə bağlıdır. Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, əldə olunan iqtisadi uğurların əsası hələ ulu öndər Heydər Əliyevin Sovet İttifaqı zamanında Azərbaycana rəhbərliyi dövründə qoyulmuşdu: “Həmin dövrdə keçmiş İttifaq ərazisində ölkə kimi tanınan Azərbaycanın sənaye mərkəzinə çevrilməsi, qısa zaman kəsiyində ölkəmizdə mühüm sənaye komplekslərinin fəaliyyətə başlaması, respublikamızda həyata keçirilən əhəmiyyətli iqtisadi-siyasi layihələr bunu deməyə əsas verir̶;.

Vitse-spiker qeyd edib ki, ulu öndər Heydər Əliyevin 993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni eranın təməli qoyuldu: “Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycanın, eləcə də ölkəmizin dünyada layiqli yer tutmasının əsasını qoydu. Ümummilli Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir̶;.

B.Muradova əlavə edib ki, Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı ulu öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır.

O bildirib ki, ölkəmizdə müşahidə olunan iqtisadi inkişaf Azərbaycanda həyata keçirilən uğurlu daxili iqtisadi-sosial siyasətin bəhrəsidir:

“Heydər Əliyevin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçirilməkdədir. İnkar etmək mümkün deyil ki, Azərbaycan xalqının rifahının yüksəldilməsinə, daxili sabitliyin qorunmasına və cəmiyyətin bütün sahələrində enerji, , turizm, təhsil, səhiyyə və sahələrdə önəmli layihələrin həyata keçirilməsinə istiqamətlənmiş siyasət ideyalarının tərkib hissəsidir. Qafqaz regionunun dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın inkişaf səviyyəsi istər dünya ölkələri, istərsə də təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır̶;.

B.Muradova qeyd edib ki, dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən siyasət kursu Azərbaycan dövlətinin istər daxili sabitliyinin, inkişafının təminatında, istərsə də dayaqlarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, ideyalarına söykənən siyasət kursunun mahiyyəti Azərbaycanın daha təkmil bir dövlət kimi yeni və qüdrətli imicini və nüfuzunu formalaşdırmaqla yanaşı, həm milli-mənəvi dəyərləri, həm də müasirliyi özündə əks etdirən üçrəngli Azərbaycan bayrağının daha uca zirvələrdə dalğalanacağına əminlik yaradan başlıca amildir.

Milli Məclis sədrinin müavini deyib ki, ulu öndər tərəfindən əsası qoyulan siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da modernləşdirilir, müasir münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir:

“İstər daxili, istərsə də arealda sabit, milli maraqlara söykənən, problemlərin həllinə istiqamətlənən, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən və ən əsası münasibətlərin və əlaqələrin normal və tərəfdaşlıq çərçivəsində inkişafına nail olan siyasətin yürüdülməsi ölkəmizin bütün mənalarda yüksək nailiyyətlərə atmasına şərait yaradıb. Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən siyasət kursu Azərbaycanın yerləşdiyi Qafqaz bölgəsində , kontinentlər üçünsə kifayət ciddi tərəfdaş kimi qəbul edilməsinə yol açıb. Azərbaycan bu gün də dünya dövlətləri ilə açıq və ikitərəfli münasibətlərin inkişafını özündə ehtiva edən siyasət kursu yürüdür. Azərbaycan hakimiyyətinin ortaya qoyduğu bu məramın aydın və səmimi olması nəticə etibarı ilə dünya tərəfindən təqdir edilir̶;.

Milli.Az



Source link

Tags
19açıbaçıqadaliyyaqrarartanatmasaviniavropaavropanAvropanınAydınazazadlazadlıqlarAzərbaycanAzərbaycan bayrağıAzərbaycanaAzərbaycandaAzərbaycanıAzərbaycanınbağbaharbaşbayraBayrağıbayrağınıBeynəlxalqbildiribbildirirbirbubunuCənubiciddidadahadaxilidayandemədeməkdirdeyibdeyildigərdirilirDövlətdrininedəedənedibediliredilmedirehtivaEleləenerjietdiretdirəetdirənetdiriletdiriliretibaretibarletməetməkevrilevrilmələləəməliənərərəəriərininətiətinətininətləfacebookfəaliyyətformalagenigörgünhakimiyyhakimiyyəthazırlananHBHeydərHeydər ƏliyevhəmHəminhərbihəyathəyatahəyatıhəyatındahisshissəHKideyalarideyalarınıilildəildənilkimiciniimzainkişafıinkişafınainkişafınıniqtisadiirilmistiqamIVkeçiriləkeçirilənkikifaykifayətkilatlarkomplekslkursukursunalayihlayihəlayihələrlayiqlildilmLiliderliyevliyevinlxalqmahiyymaraqlarməclismədəMədənimənMənəməsələmilliminminatminlikmiqyasmizinmodelmodernlMöhkəmmünasibətlərmuradovamüstəqilnailnailiyyndirilmnənəNəqliyyatnormalnövbəolanolaraqolmasolunanOnunortayaprezidentproblemlproblemləqafqazqazanqazandqazanıqeydQəbulqədərqilliyimizinqliyyatqorunmasqorunmasıqoyduqoyulanqoyulduqoyulmasqoyulmuquruculurazisindrbaycanrbaycanarbaycandaregionununrəhbərliyirənglirifahrininrlananrliyisabitsabitliyinsabitliyininsahəsaxlansədrininsəviyyəsəviyyəsisidirsisteminsiyassiyasisizliyisonrasosialsovetsözlərinspikertanınantarazlTəhlükəsizliyiTəhsiltələtələbitəminatıtərTərəfdaşlıqtərəfindətərəfindəntinintrendttifaqturizmtutmastutmasıuğurlaruğurlarıuğurluuluurlarüstəvarverirvətəndaşVətəndaşlarvətəndaşlarıvətəndaşlarınVIvitseXalqxalqıxalqınıxariciyanayaradyaradanyaradıbyaratdyatayeniYerYolyüksəkzamanzamandazənginZirvə
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: