Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Cahangir Hacıyevlə birgə həbs edilən şəxslərin şikayətləri əsasında məhkəmə başlayıb

Cahangir Hacıyevlə birgə həbs edilən şəxslərin şikayətləri əsasında məhkəmə başlayıb
December 12
09:45 2017

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı”nın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov və bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 18- edilib.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 2015-ci il dekabrın 5- həbs edilib. barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

C.Hacıyev və digər 7 şəxsin – Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirmiş, “İnter Security” MMC-nin sabiq baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz , komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli bilinib.

İstintaq dövründə C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Digər 4 nəfər isə zamində olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, Y.Ələkbərov 8 il 6 ay, K.Orucov 7 il 6 ay, İ.Hüseynov 7 il 23 , M.Cahangirov 7 il 6 ay, A.Cavadov 10 il 11 ay, A.Sultanov 7 il 6 ay və İ.Abdullayev 6il 6 ay müddətinə azadlıqdan edilib.

İ.Abdullayev, M.Cahangirov və A.Sultanova Cinayət 70-ci maddəsi tətbiq edilərək onlara şərti cəza verilib. İ.Abdullayev məhkəmə azadlığa buraxılıb. A.Cavadov isə məhkəmə zalında həbs edilb.

Hökmdən narazı qalan C.Hacıyev və bir neçə şəxs apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi C.Hacıyev və digərlərinin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Bundan başqa, məhkəmə M.Cahangirovdan tutulmalı olan 1 milyon min manat məbləğində mülki iddianı C.Hacıyevdən tutulması ilə bağlı qərar çıxarıb. Bir müddətdən sonra A.Sultanovla K.Orucov da apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onlar barələrində bəraət hökmünün çıxarılmasını .

Source link

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: