Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Gəmiçiliyin əməkdaşları təlimlərə cəlb olunub

Gəmiçiliyin əməkdaşları təlimlərə cəlb olunub
December 12
05:48 2017


Bakı, 12 dekabr, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Xəzər Dəniz Donanmasının gəmilərində müvafiq işləri görən qrup əməkdaşı üçün “ilməçi-siqnalçı”, “takalej avadanlıqları ilə iş” adlı təlim keçirilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlər zamanı gəmilərində yükqaldırmaya , yüklərin bağlanması, qoşulması, takelaj avadanlıqları ilə iş əməliyyatları nəzəri və praktiki şəkildə olunur.

Ümumilikdə 40 nəfərə yaxın əməkdaşın iştirak edəcəyi təlimlər qrup şəklində təşkil edilib. Hər qrup üçün təlim 3-5 gündür.

Təlim “Safety Qualification Advisory Group” şirkətinin bu sahədə sertifikatlara malik təlimçisi tərəfindən aparılır.

Xatırladaq ki, gəmiçiliyin Təhlükəsizliyin və Keyfiyyətin İdarəetmə Sisteminə əsasən əməliyyatlarını yerinə yetirən müvafiq əməkdaşları “Yükqaldırma əməliyyatları və qaldırıcı qurğularla iş qaydaları” (LOLER 98), “İş avadanlıqlarının təchizatı və istifadəsi qaydaları” (PUWER 98), “İş yerində sağlamlıq və təhlükəsizliklə bağlı 1974-cü il Akt”ı (HASAWA 1974) kimi tələblərə uyğun təlimləndirilməlidirlər.

Mətndə səhv varsa, onu qeyd ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: