Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Nyu-York terrorunda İŞİD izi tapıldı – VİDEO

Nyu-York terrorunda İŞİD izi tapıldı – VİDEO
December 12
10:29 2017

ABŞ-ın Nyu- şəhərinin Manhetten səmtində dünən partlayışı törədən Akayed Ulla terrorçudur.

Milli.Az NBC-yə istinadən bildirir ki, Nyu- ştatının qubernatoru Endryu Kuomonun dediyinə görə, əslən Banqladeşdən olan 27 yaşlı A.Ulla bu aksiyanı “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının təsiri altında törədib.

Polisdən verilən məlumata görə, taksi sürücüsü A.Ulla partladıcı qurğunu şəkər, kibrit və fişənglərdən hazırlayıbmış. Manhettenin mərkəzində, 42-ci və 8-ci avanyunun kəsişməsindəki “Port Authority” nəqliyyat qovşağındakı partlayışda 3 və A.Ullanın özü yaralanıb.

İlkin görə, ABŞ-a “Green Cart”la yollanmış A.Ulla ailəsindəki davadan və Fələstindəki olayların təsirindən belə addım atıb.

7 il əvvəl ABŞ-da yaşamağa başlamış A.Ulla hazırda Belvyu hospitalındadır.

Partladıcı qurğu A.Ullanın nəzərdə tutduğu vaxtdan əvvəl partlamasaydı, böyük tələfat olacaqdı.

A.Ulla bu qurğunu ötən həftə internetdə “təlimat”ları sonra hazırlayıb.

O, polisə verdiyi ifadəsində bildirib ki, partlayışı Fələstinin Qəzza bölgəsində müsəlmanlara qarşı İsrailin yürütdüyü siyasətə etiraz əlaməti törədib.

Nyu-Yorkun polis rəisi Ceyms O-Nilin dediyinə görə, A.Ulla partladıcı qurğunu bədəninə skotçla bağlayıb: “Onun “canlı bomba”ya verilmək istəyi istisna deyil. Lakin partladıcı qurğu vaxtından əvvəl işə düşüb”.

Nyu-Yorkun meri Bill de Blazio isə bildirib ki, A.Ulla təkbaşına olub: “Bundan başqa, polis onun hazırlaya biləcəyi digər partladıcı qurğuları aşkarlamayıb”.

Banqşladeşdə yaşayarkən A.Ulla qanunu pozmayıb.

Banqladeşin DİN-nin rəhbəri Şahidul Hokenin dediyinə görə, A.Ulla əslən ölkənin cənub-şərqindəki Çittaqonq şəhərindəndir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da

Videonu izləmək üçün şəklə klikləyin:

Камера сняла момент взрыва в переходе на Манхеттене

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: