Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Oxu.az – Ölkədə ən çox ərzaq bahalaşıb

Oxu.az – Ölkədə ən çox ərzaq bahalaşıb
December 12
11:48 2017


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən ,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1%, qeyri-ərzaq mallarının qiymətləri 12,1%, əhaliyə ödənişli xidmətlərin qiymətləri ,6% artıb.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, noyabr ayında oktyabra nisbətən istehlak məhsulları və xidmətlər 0,2%, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları 0,3% bahalaşıb, əhaliyə ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Noyabrda oktyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində artım, düyünün, , manna və qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, heyvanın, narın, xurmanın, , göyərtinin, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə müşahidə olunub. ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat , mebel və ev əşyalarının, xalça və döşəmə örtüklərinin, soyuducuların, kondisionerlərin, alət və avadanlıqların, zərgərlik məmulatlarının bahalaşması, maşınların, elektrik soba və qaz plitələrinin, mobil telefonların, televizorların, fotoaparatların, noutbuk və planşet kompüterlərin isə ucuzlaşması müşahidə olunub. qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

L.Ə.

www.oxu.az



Source link

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: