Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Prokurorluq Saakaşvili ilə bağlı apellyasiya verəcək

Prokurorluq Saakaşvili ilə bağlı apellyasiya verəcək
December 12
05:26 2017


Biz Saakaşvili barəsində çıxarılan razı deyilik və şikayəti verəcəyik.


 


APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, Ukraynanın baş prokuroru Yuri Lutsenko bəyan edib.


 


«Mən məhkəmənin qərarı ilə qəti razı deyiləm. Baş prokurorluq Saakaşvili barəsində bütün dəlil-sübutları məhkəməyə təqdim edib. Mən təsəvvür edə bilmirəm, hansı ölkədə vətəndaşlıqdan məhrum edilən şəxs zor gücü ilə sərhədi yarır”, deyə Y.Lutsenko qeyd edib. O əlavə edib ki, Saakaşvilinin təsis hərəkat hakimiyyəti devirmək məqsədi ilə yaradılıb.


 


Ötən axşam Kiyev Odessa vilayətinin sabiq başçısı, “Yeni Hərəkatı”nın lideri Mixeil Saakaşvili barəsində dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib. Hakim M.Saakaşvilini Ali Rada deputatlarının zaminliyi ilə sərbəst buraxıb.


 


Dekabrın 8-də Kiyevdə saxlanılan M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: