Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdu”

“Qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdu”
December 12
01:59 2017

Bu gün ölkə kubokunun 1/4 final mərhələsinin oyununda “Sumqayıt”la qarşılaşan “Qarabağ” qələbə qazanıb. Milli.Az apasport.az-a istinadən xəbər verir , meydana sonradan daxil olan, komandasının qələbə qolunu vuran və qapıçının qırmızı vərəqə almasına səbəb olan Ağdam təmsilçisinin cinah yarımmüdafiəçisi Pedro qarşılaşmadan sualları cavablandırıb.

– Nəticədən və oyundan razı qaldınız?

– Kubok oyunu çempionat matçından fərqli . Qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdu. də çətin komandadı. Bu matç göstərdi , cavab oyununda işimiz çox çətin olacaq. 

– Bu çətinlik sıx qrafikdə oynamağınızdan, yoxsa “Sumqayıt”ın müqavimət göstərməsindən yarandı?

– “Sumqayıt”ı sıradan hesab etməzdim. Bugünkü nəticədə onların da zəhməti var, yaxşı qapanmağı və əks-hücumlardan istifadə etməyi bacarırlar. Külək də oyunun sürətini azaldırdı.

 
– Ehtiyatdan oyuna qoşulmağınız taktiki gediş idi? Çünki meydana çıxdıqdan oyunu xeyli dəyişdiniz…

– Bu suala baş məşqçi cavab verə bilər. Amma təbii etmək lazımdı. Çünki 2 gün əvvəl çempionat oyunu keçirdik. Ona görə də bu cür rotasiyalar normaldı. Heyətimizdə kifayət qədər yüksək səviyyəli futbolçular var. Kim meydana çıxırsa, üzərinə düşəni yerinə yetirir.

 
– İl çatır. Nə ilə yadınızda qalacaq?

– İlin çatması ilə mövsümü də yarılamış oluruq. 2017-ci ilə baxdıqda, uğurlu alındı. PAOK-da da müntəzəm oynayır, qollar vururdum. Burda isə xüsusilə son oyunlarda vurduğum qollarla komandama kömək edirəm. Çempionlar Liqasında iştirak etmələ isə təcrübə qazanmış oldum. 2017-ci ili uğurlu hesab edirəm.

 
gələrkən əsas stimulunuz Çempionlar Liqasında oynamaq idi. Bəs gələn mövsüm üçün istəyiniz nə olacaq?

– Çempionlar Liqası faktoru var idi, amma yeganə səbəb bu deyildi. Müqavilə ilə PAOK-a məxsusam, maya qədər burda qalacam. Qarşıda yoldaşlıq oyunu olsa belə, əlimdən gələnin ən yaxşısını edəcəm. Çempionlar Liqasında oynamaq isə başqa hisslərdi.

 
– PAOK-a geri dönəcəyinizlə bağlı xəbərlər yayıldı. Bu hardan qaynaqlanırdı və əsası varmı?

– Bu, mətbuatın işidi. da media fəal çalışır. Amma xəbərlərin hardan qaynaqlandığını deyə bilmərəm. Mənə geri dönəcəyimlə bağlı heç nə deyilməyib. Maya qədər müqaviləm var və burdayam.

Milli.Az



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: