Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“”Qarabağ”a qarşı oyunumuz heç vaxt alınmırdı”

“”Qarabağ”a qarşı oyunumuz heç vaxt alınmırdı”
December 12
00:37 2017

Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”a uduzan “Sumqayıt” qarşılaşmasına itki ilə çıxacaq. Belə ki, oyunun 89-cu dəqiqəsində qırmızı vərəqə alaraq meydanı erkən tərk edən Fərhad Vəliyev həftəsonu keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, matçdan sonra təcrübəli futbolçu sualları cavablandırıb. 

– Qırmızı vərəqə aldığınız epizoddan başlayaq…

–  Son dəqiqələrdə Pedro ilə təkbətək qaldıq. Həmin epizod zamanı o məni aldatdı. Məcbur olub rəqibimi yıxdım. Hakimin düzgün qərar verdiyini düşünürəm. Topa toxunsam da, qolum Pedronun ayağına dəydi və onu yıxdım.

 
oyunundan öncə bu nəticəni komandanız üçün normal hesab edirsinizmi?

– Kubok yarışında ilk oyunda 1:2 hesabı ilə məğlub olmaq nəticə deyil. Üstəlik oyun səfərdə keçirilirsə və rəqibin “Qarabağ”dırsa… Hazırlaşacağıq ki, oyununu lehimizə çevirək.

 
– Mərhələ adlamağınız realdırmı?

– Niyə də olmasın? “Qarabağ”a qarşı oyunumuz heç alınmırdı. Bu dəfə yaxşı mübarizə apardıq.

 
zamanı doğma “Sumqayıt”ın üstünlüyü nə olacaq?

– Öz stadionumuzda güclü komandalarla duellərdə xallar qazanmışıq. “Qəbələ”, “Qarabağ” kimi xal almışıq, hətta qələbə də əldə etmişik. Bu dəfə də azarkeşlərimizin dəstəyi ilə məqsədimizə çatacağıq.

 
– İkinci oyunda “çərçivə”ni gənc həmkarın qoruyacaq. Oyun təcrübəsinin azlığı çətinlik yaratmayacaq?

– O da yaxşı qapıçıdı. Bu, onun üçün bir şansdı. Çalışacaq ki, özünü yaxşı tərəfdən göstərsin və komandaya kömək etsin.

 
– Çempionat yarılanıb. Qış fasiləsinə qədər əldə etdiyiniz nəticələr və turnir cədvəlindəki mövqeyiniz sizi qane edirmi?

– Əvvəlki illərə baxanda, əlbəttə, nəticəmiz yaxşıdı. İkinci yarıda əksər komandalarla öz meydanımızda oynayacağıq. Həmin oyunları lehimizə çevirə bilərik.

 
– Ehtiyat oyunçular skamyasında çox az futbolçu var və onlar da gənclər . Necə düşünürsüz, komandanı gücləndirməyə varmı?

– Buna məşqçilər verə bilər. Cavid İmamverdiyevlə Cavid Tağıyev zədəlidi. Onlar sağalıb, komandaya qoşulduqdan sonra heyətimiz güclənəcək. Qalan suallara məşqçilər aydınlıq gətirə bilər.

Milli.Az



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: