Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Ukrayna prokurorluğu Saakaşvilinin işi ilə bağlı apellyasiya şikayəti verəcək

Ukrayna prokurorluğu Saakaşvilinin işi ilə bağlı apellyasiya şikayəti verəcək
December 12
05:39 2017

Saakaşvili barəsində çıxarılan qərarla razı deyilik və apellyasiya şikayəti verəcəyik.

 

APA-nın “112 Ukrayna”ya istinadən xəbərə görə, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko bəyan edib.

 

«Mən məhkəmənin qərarı ilə qəti razı deyiləm. Baş prokurorluq Saakaşvili barəsində bütün dəlil-sübutları məhkəməyə təqdim edib. Mən təsəvvür edə bilmirəm, hansı ölkədə vətəndaşlıqdan məhrum edilən şəxs zor gücü ilə sərhədi yarır”, deyə Y.Lutsenko qeyd edib. O əlavə edib ki, Saakaşvilinin təsis etdiyi hərəkat hakimiyyəti devirmək məqsədi ilə yaradılıb.

 

Ötən axşam Kiyev məhkəməsi Odessa vilayətinin sabiq başçısı, “Yeni Hərəkatı”nın lideri Mixeil Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti etməyib. M.Saakaşvilini Ali Rada deputatlarının zaminliyi ilə buraxıb.

 

Dekabrın -də Kiyevdə saxlanılan M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 26-cı maddəsinin birinci (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.



Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: