Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb

Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb
December 12
05:32 2017

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

Səfirlikdən APA-ya verilən görə, tədbirə ABŞ ictimaiyyətinin nümayəndələri, ABŞ-da yaşayan həmyerlilərimiz və səfirliyin əməkdaşları ilə yanaşı Xocalı faciəsinə həsr olunmuş “Sülh laylayı” (The Lulluby of Peace) adlı musiqi əsərinin hazırlanmasında  iştirak etmiş Vaşinqton Beynəlxalq Piano Sənəti Şurasının çoxsaylı nümayəndələri qatılıb.

 

Tədbiri giriş nitqi ilə açan səfir Elin Süleymanov Ümummilli liderin Azərbaycanın inkişafı və rifahında rolu, göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna xidmətləri olan Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımları nəticəsində ölkənin hərtərəfli inkişafına nail olunduğu qeyd edilib. Müasir Azərbaycan dövlətinin banisi olan Ulu öndərin qətiyyətli mövqeyinin və uzaqgörənliyinin nəticəsi Azərbaycanın irimiqyaslı tarixi layihələrə atdığı bildirilib.

 

Heydər Əliyevin anım günü çərçivəsində ABŞ-ın Merilend ştatının Qida Bankına Azərbaycan tərəfindən ianə edilib. Merilend Qida Bankının Prezidenti Karmen Del Qersio və Hökumətlə Əlaqələr üzrə Direktoru Nensi Smitlə Səfirlikdə keçirilən görüş zamanı səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyevin bir neçə dəfə Merilənd ştatına səfər etməsindən bəhs edib və dahi liderin sayəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişaf edərək strateji önəm almasını vurğulayıb.

 

Merilend Qida Bankının prezidenti K.Qersio Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Merilend Qida Bankına ölkəmizin yardımının  artıq çox gözəl bir ənənəyə çevrildiyini qeyd edib və buna görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. O, həmçinin Heydər Əliyevin xatirəsi ilə bağlı yaranmış əməkdaşlığın Azərbaycanla Merilənd ştatı arasında bağların daha da möhkəmlənməsinə səbəb olduğunu qeyd edib. N.Smit 1979-cu ildən fəaliyyət göstərən Merilend Qida Bankının vasitəsilə hər il ehtiyacı olan yüz minlərlə amerikalıya qida məhsullarının paylanıldığını qeyd edib və bu il Azərbaycan tərəfindən edilən töhfə nəticəsində qarşıdan gələn milad və yeni il bayramları ərəfəsində on beş min ehtiyacı olan insanın yeməklə olunacağını vurğulayıb.

 

başqa, səfirliyin təşkilatçılığı ilə 8 dekabr 2017-ci il tarixində Vaşinqton şəhərində yerləşən İslam Mərkəzində cümə namazı zamanı Ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunub və ona Allahdan rəhmət dilənib. İslam direktoru doktor Abdulla Xuc iştirak edənlərə Ümummilli lider Heydər Əliyevin , Azərbaycan xalqının tarixində oynadığı misilsiz rolu barədə məlumat verib. Cümə namazının ardından təşkil edilən ehsan süfrəsində 300 nəfər iştirak edib.

Source link

Tags
123008abdullaaçanaliyyallahdanalmasamerikalamerikalıanıanılıbanımAPAArtıqAyanazAzərbaycanAzərbaycanıAzərbaycanınAzərbaycanlabağbağlarıbanisiBankbaşbaşqabayramlarBeynəlxalqbəhsbildiribbildirilibbirbubunabundancidadahadahidandbiridekabrDeldildirektorudoktorDövlətedəedənləredərəkedibediləedilənedilibehtiyacElinetməələləənərərəəriərininətiətininətləfacebookfaciəfəaliyyətfəaliyyətifinfirliyinfirliyindgələgələngörgöstərgöstərdiyigöstərəgöstərəngözgözəgözəlgünHeydərhəmhəmyerlilərimizhərhərtərəflihəsrhəyatHKhsullarictimaiyyilildəildəniliyininimzainkişafıinkişafınainqtoninqtondainsaninsanıirilibirimiqyaslIVkeçiriləkeçirilənkilatlayihlayihəlayihələrliderlideriliderinliyevinlumatlumatalxalqmerilendməhsullarıməhsullarınməhsullarınınməlumatməlumataMərkəzininmiladminmisilsizmizinmünasibətlərininmusiqinailnamaznamazınenəfərNəmnənənəticənəticəsininnitqinümayəndənümayəndələriolanolaraqolduolunacaolunacağıolunduolunmuonaoxsayloxunuboynadözpaylanpianoprezidentiQARqatQatıqatılıbqeydQidaqurulmasqurulmasırbaycanrbaycanlardiyirespublikasRespublikasıRespublikasınınrifahrimizrininrlanmasroluruhunasaysəbəbsəfərSəfirSənsənəSənətisiyasSmitstratejiSülhtarixitarixindtədbirtədbiritəmintərtərəfindətərəfindəntəşkiltəşkilattinintirakuluüstəvarvasitveribverilveriləverilənXalqxalqıxalqımızınxalqınıxatirxatirəxatirəsixidmətlərixocalyayanayaranmyardımıyardımınyaşyaşayanyemyeməyeniyerləşənyüzzamanzinin
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: