Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub

Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub
December 12
09:28 2017


Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub

Fazil Məmmədovun vergilər naziri postundan çıxarılmasından bir həftəyə yaxın vaxt keçir. Bu müddətdə nazirlik kadr baxımından hələ ki hansısa dəyişikliklər qeydə alınmayıb. 

“Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat”ın bu haqda yaydığı məlumata görə, yeni nazirin kimlərlə işləyəcəyi, kimlərlə yollarını ayıracağı barədə ara-sıra müzakirələr aparılsa da, hələlik ciddi kadr dəyişikliyi həyata keçirilməyib.

“Bəs nazirlikdən kənar çevrələrdə, xüsusilə sahibkarlar üçün necə, F.Məmmədovun gedişi ilə nələrsə dəyişibmi?” yazan qəzet bildirir ki, son aylarda sahibkarlar arasında orqanları ilə bağlı ciddi narazılıqlar yaranmışdı. Bir çox sahibkarlar orqanlarının haqsız təzyiqləri ilə üzləşdiklərini, onlara həddindən artıq çox məbləğdə hesablandığını, barələrində əsassız cinayət işlərinin başladıldığını, bu zaman onların qarşılıqlı iddialarının belə nəzərə alınmadığını bildirirdilər.

Xatırladaq ki, vaxtilə keçmiş MTN orqanları ilə bağlı sahibkarlar arasında böyük narazılıq vardı. Daim MTN-in mərkəzi və strukturlarının təzyiqi altında sahibkarlar Mahmudov işdən çıxarılanda böyük sevinc hissi keçirirdilər. Mahmudovun nazir postundan uzaqlaşdırılmasından dərhal sonra iş adamları arasında bir-birinə gözaydınlığı verənlər az deyildi. Bu baxımdan, F.Məmmədovun gedişi ilə də sahibkarlar arasında narazılıqların aradan qalxıb-qalxmaması maraq doğurur.

Qəzet bildirir ki, sahibkarlarla söhbət zamanı olub ki, hazırda orqanları ilə bütün münasibətlər dondurulmuş vəziyyətdədir. Hətta Vergilər Nazirliyinin elektron sistemindən belə heç bir ödəyiciyə məktub-bildiriş göndərilməsi dayandırılıb: “Biz, sadəcə, vergilərimizi vaxtında ödəyirik. Deyiblər, ödənişləri ləngitməyin, vəssalam. Hətta 3 gündür departamentinə gedən hamını geri qaytarırlar, əməliyyat aparmaq olmur. Hamı , görək, necə olacaq…”

Maraqlıdır ki, bəzi sahibkarlar F.Məmmədovun savadlı, sahəni çox gözəl bilən adam olduğunu, sadəcə, son vaxtlar orqanlarının haqsız təzyiqləri ilə çox üzləşdiklərini deyirlər. Sahibkarların fikrincə, vergilər bir neçə müavini var ki, onlar da sistemlə bağlı məlumatlı olduqları üçün yeni nazirin işini qurmasında çətinliyi olmayacaq: “Əlbəttə, əgər həmin adamlar başqası ilə əvəz olunmasa, təzə nazir işini rahat qura bilər. Çünki vergilər elə bir sistemdir ki, oradan detallı məlumatın olmasa işləmək mümkün deyil. Həm də vergilər dövlətin əsas dayaq nöqtələrindən biridir, bu sahədə birdən-birə dəyişikliklər heç də effekt verməyə bilər. Buna görə də yəqin ki, təzə nazir ehtiyatlı davranacaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com