Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycanda il ərzində buraxılan ipoteka istiqrazlarının həcminə dair tələb dəyişib

Azərbaycanda il ərzində buraxılan ipoteka istiqrazlarının həcminə dair tələb dəyişib
December 15
01:18 2017

İpoteka istiqrazlarının illik həcmi və güzəştli ipoteka kreditlərinə yönəldilən hissəsinin müəyyənləşdirilməsində əsas səlahiyyətli orqan Nazirlər Kabineti olacaq

                                    <p>Nazirlər Kabineti “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin,  emissiyasının illik həcminin, güzəştli ipoteka  maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edib.

 

APA-nın məlumatına görə, bu Qayda “Azərbaycan İpoteka Fondu” ASC-nin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtləri və mexanizmini, emissiyasının illik həcmini, güzəştli ipoteka maliyyələşdirilməsinə yönəldilən hissəsini müəyyən edir.

 

Qaydaya əsasən zamin Azərbaycan Respublikası dövlət zəmanəti verən və dövlət zəmanəti üzrə öhdəliklərin icrasını təmin edən icra hakimiyyəti orqanı qismində çıxış edən Maliyyə Nazirliyidir. Emitent isə ipoteka istiqrazlarının emissiyasını bu Qaydaya uyğun həyata keçirən “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətidir. İndiyə qədər emitent tərəfindən emissiya edilən (buraxılan) ipoteka istiqrazları üzrə dövlət zəmanətinin məbləği zamin tərəfindən müvafiq il üzrə dövlət büdcəsi haqqında daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınıb. Dəyişikliyə əsasən bundan sonra emitent tərəfindən emissiya edilən (buraxılan) ipoteka istiqrazları üzrə dövlət zəmanətinin məbləği zamin tərəfindən müvafiq il üzrə dövlət büdcəsi haqqında daxili dövlət borclanmasının deyil, dövlət zəmanətlərinin məbləğinin yuxarı həddində (limitində) nəzərə alınacaq.

 

“Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurası ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka maliyyələşdirilməsinə yönəldilən hissəsi üzrə təklifləri təsdiqlədikdən sonra razılaşdırılması üçün Maliyyə Nazirliyinə təqdim edib. Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında qanuna daxil edilməsi üçün daxili dövlət borclanmasının yuxarı həddi (limiti) barədə təkliflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka maliyyələşdirilməsinə yönəldilən hissəsini nəzərə alıb.  Dəyişikliyə əsasən artıq bu sahədə əsas səlahiyyətli orqan Nazirlər Kabineti olacaq. Başqa sözlə, “Azərbaycan İpoteka Fondu” ASC ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka maliyyələşdirilməsinə yönəldilən hissəsi üzrə təklifləri Maliyyə Nazirliyi ilə razılaşdıracaq. Eyni zamanda həmin təkliflər razılaşdırıldıqdan sonra ipoteka istiqrazlarının emissiyasının illik həcminin və güzəştli ipoteka maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında qanuna daxil edilməsi üçün təkliflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmini dövlət zəmanətinin məbləğinin yuxarı həddində (limitində) nəzərə alacaq. 

                <!--<iframe width="100%" height="315" src="http://apa.tv/embed/2530" frameborder="0" allowfullscreen=""></iframe>-->









            </div><script>

!function(f,b,e,v,n,t,s){if(f.fbq)return;n=f.fbq=function(){n.callMethod?
n.callMethod.apply(n,arguments):n.queue.push(arguments)};if(!f._fbq)f._fbq=n;
n.push=n;n.loaded=!0;n.version=17;.042;;n.queue=[];t=b.createElement(e);t.async=!0;
t.src=v;s=b.getElementsByTagName(e)[0];s.parentNode.insertBefore(t,s)}(window,
document,17;script17;,17;https://connect.facebook.net/en_US/fbevents.js17;);
fbq(16;init17;, 16;14961555737480617;); // Insert your pixel ID here.
fbq(16;track17;, 16;PageView17;);


Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com