Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

İl ərzində buraxılan ipoteka istiqrazlarının həcminə dair tələb dəyişib

İl ərzində buraxılan ipoteka istiqrazlarının həcminə dair tələb dəyişib
December 15
03:07 2017


Nazirlər Kabineti “ İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən Qaydası”nda edib.

Oxu.Az-ın -ya istinadən məlumatına görə, Qayda “ İpoteka Fondu” ASC-nin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtləri və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka maliyyələşdirilməsinə yönəldilən hissəsini müəyyən edir.

Qaydaya əsasən zamin Respublikası adından dövlət zəmanəti verən və dövlət zəmanəti üzrə öhdəliklərin icrasını təmin edən icra hakimiyyəti orqanı qismində çıxış edən Maliyyə Nazirliyidir. Emitent isə ipoteka istiqrazlarının emissiyasını Qaydaya uyğun həyata keçirən “ İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətidir. İndiyə qədər emitent tərəfindən emissiya edilən (buraxılan) ipoteka istiqrazları üzrə dövlət zəmanətinin məbləği zamin tərəfindən müvafiq il üzrə dövlət büdcəsi haqqında qanunun daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınıb. Dəyişikliyə əsasən bundan sonra emitent tərəfindən emissiya edilən (buraxılan) ipoteka istiqrazları üzrə dövlət zəmanətinin məbləği zamin tərəfindən müvafiq il üzrə dövlət büdcəsi haqqında qanunun daxili dövlət borclanmasının deyil, dövlət zəmanətlərinin məbləğinin yuxarı həddində (limitində) nəzərə alınacaq.

İpoteka Fondu” ASC-nin Müşahidə Şurası ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka maliyyələşdirilməsinə yönəldilən hissəsi üzrə təklifləri təsdiqlədikdən sonra razılaşdırılması üçün Maliyyə Nazirliyinə edib. Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında qanuna daxil üçün daxili dövlət borclanmasının yuxarı həddi (limiti) barədə təkliflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka maliyyələşdirilməsinə yönəldilən hissəsini nəzərə alıb.  Dəyişikliyə əsasən artıq sahədə əsas səlahiyyətli orqan Nazirlər Kabineti olacaq. 

Başqa sözlə, “ İpoteka Fondu” ASC ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka maliyyələşdirilməsinə yönəldilən hissəsi üzrə təklifləri Maliyyə Nazirliyi ilə razılaşdıracaq. zamanda həmin təkliflər razılaşdırıldıqdan sonra ipoteka istiqrazlarının emissiyasının illik həcminin və güzəştli ipoteka maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən üçün Nazirlər Kabinetinə ediləcək. 

Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında qanuna daxil üçün təkliflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmini dövlət zəmanətinin məbləğinin yuxarı həddində (limitində) nəzərə alacaq. 

S.B.
www.oxu.az



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: