Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

200 milyon manata yaxın ipoteka krediti verilib

200 milyon manata yaxın ipoteka krediti verilib
December 27
15:54 2017


“2017-ci ildə əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə uzunmüddətli ipoteka kreditlərinin verilməsi ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunması istiqamətində işlər davam ”.

İpoteka Kredit Zəmanət Fondundan Oxu.Az-a verilən məlumata görə, 2017-ci il ərzində 3000-ə yaxın vətəndaş ipoteka kreditindən faydalanaraq mənzil problemini həll edib.

Cari ildə verilən kreditlərin məbləği 194 mln. manat olub.

Beləliklə, ötən müddətdə 21 mindən artıq ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan yaradılıb, verilmiş kreditlərin həcmi isə 930 milyon manata çatıb. Verilmiş ipoteka kreditlərinin 276 mln.manatdan çox hissəsini güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.

2017-ci il ərzində Fond tərəfindən ipoteka istiqrazlarının emissiyası vasitəsilə 265 mln.manat məbləğində vəsait cəlb edilib.

Dövriyyədə olan 65 mln. manat məbləğində əsas borc üzrə ödənişlər həyata keçirilib.

Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Fond tərəfindən istiqrazların 13 buraxılışı həyata keçirilib. Cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 655 mln. manata çatıb. Bu adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8%) maliyyələşdirilməsinə yönəldilir. Hazırda Fondun dövriyyədə olan istiqrazlarının həcmi 534,6 mln. manatdır, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.

2017-ci ilin büdcəsindən Fonda mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Artıq bu vəsait tam həcmdə Fondun hesabına daxil edilib. Ümumilikdə, 2005-2017-ci illər ərzində büdcəsindən Fonda 366 mln. manat məbləğində vəsait daxil olub.

İpoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi, eləcə də, əhalinin yaşayış sahələrinin seçim imkanlarının genişləndirilməsi məqsədilə Fondun fəaliyyətini tənzimləyən normativ sənədlərə müvafiq dəyişikliklər edilib. İpoteka kreditlərinin mülkiyyət hüququ qeydiyyatına alınmış yaşayış sahələri ilə yanaşı, qabaqcadan qeydiyyata alınmış yaşayış sahələrinin alınmasına verilməsi təmin olunub. Adi ipoteka kreditləri üzrə maksimal məbləğ 100 000 manatdan 1 000 manatadək artırılıb. Yaşayış sahəsinin təmirli olmasına , eləcə də, adi ipoteka kreditləri hesabına alınacaq yaşayış sahələrinin orta bazar qiyməti ilə bağlı tələb qaldırılıb. 

L.Ə.
www.oxu.az



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: