Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Bu il Azərbaycanda sahibkarlara 146 mln. manat güzəştli kredit verilib

Bu il Azərbaycanda sahibkarlara 146 mln. manat güzəştli kredit verilib
December 27
18:46 2017

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Suraxanı rayonunun Əmircan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu ilin sonuncu işgüzar forumunu keçirib. 

Bu barədə “Report”a Nazirlikdən verilib.

Məlumata görə, 100-dən çox sahibkarın iştirak etdiyi tədbir çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, plastik və karton tara istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi layihələrinin təqdimatı keçirilib, kiçik həcmli layihələrinin ümumi dəyərinin 100%-ə qədər hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev 2017-ci ildə Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə forum iştirakçılarına verib. O, bildirib ki, bu 1 953 sahibkarlıq subyektinin ümumi 35, mln. manat olan layihəsinin maliyyələşdirilməsinə 14 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 0-a qədər yeni iş yerinin açılmasına imkan yaradır.

Verilən 5%-i respublikanın regionlarının, 35%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli 7,%-i sektorun, 32,4% müxtəlif sənaye istehsalı və emalı sahələrinin inkişafına və s. yönəldilib. Qeyd ki, 2017-ci ildə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən 0 müəssisə istifadəyə verilib, 40 müəssisə üzrə isə tikinti-quraşdırma işləri davam etdirilir.

Ş.Abdullayev bildirib ki, 2018-ci ildə aqroparkların, iri buynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, logistik mərkəzlərin, ət kəsimi və emalı, yem, çörək, tikinti materiallarının istehsalı, meyvə-tərəvəz emalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaqdır.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 8,8 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, aqropark, istixana kompleksinin yaradılması, heyvandarlıq, tərəvəzçilik, quşçuluq, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu reallaşdırılması -dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində Suraxanı rayonunun Hövsan qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış aqroparka baxış keçirilib.

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: