Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Turizm Şurasının fəaliyyətə başlamasından bir il ötür

Turizm Şurasının fəaliyyətə başlamasından bir il ötür
December 27
10:11 2017


Bakı, 27 dekabr, AZƏRTAC

Müasir dünyada turizm sənayesi iqtisadiyyatın sürətlə inkişaf edən əsas sahələrindən biri kimi ildən-ilə daha da genişlənməkdədir. Turizm sənayesi ölkəyə böyük maliyyə axını təmin etməklə yanaşı, xalqların mədəniyyətini, tarixini, milli dəyərlərini təbliği baxımından da vacib əhəmiyyət kəsb edir.

Qədim tarixə, zəngin mədəniyyətə, yüksək qonaqpərvərliyə malik olan Azərbaycanda da turizm sahəsinin inkişafı üçün böyük potensial mövcuddur. Son illərdə ölkəmizdə turizmin inkişafı istiqamətində böyük layihələr icra olunub, müasir infrastruktur yaradılıb. Həmçinin turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə fərman və sərəncamlar imzalanıb, dövlət proqramları təsdiq olunub, mühüm layihələr gerçəkləşdirilib.

Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli “ Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “ Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına Yol Xəritəsi”nin təsdiq edilməsi ölkəmizin turizm sənayesi üçün yeni bir mərhələnin başlanğıcını qoymuş oldu.

AZƏRTAC verir ki, ötən il dekabrın 27-də Prezident İlham Əliyevin daha bir Fərmanı ilə Respublikası Turizm Şurasının tərkibi təsdiq olundu. Şuranın sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, üzvləri müvafiq dövlət orqanlarının səlahiyyətli şəxsləridir. Turizm Şurasının yaradılmasında əsas Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir.

Turizm özlüyündə bir sıra sahələri əhatə edir və bu sahələrin inkişafı üçün əlaqədar strukturlar birgə çalışmalıdır. Fəaliyyətə başladığı biz belə koordinasiyalı əməkdaşlığın şahidi olduq. Şura işini müvafiq dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu işçi qrupları vasitəsilə həyata keçirir. İşçi qrupların fəaliyyəti, onların həyata keçirdiyi işlər, qarşıya çıxan çətinliklər şuranın geniş tərkibli iclaslarında qaldırılaraq həllini tapdı. Birillik fəaliyyəti dövründə Turizm Şurasının altı geniş tərkibli iclası . Təkcə şuranın keçirdiyi öncəki beş 110 qərar qəbul olunub. Bu qərarlardan 81-i tam icra olunub. 25 qərarın icrası davam edir. 4 icra olunmamış qərarın da həyata keçirilməsi istiqamətində işlər görülür.

Turizm Şurası üçün məsələlərdən biri də “ Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarətdir. Həmin sənəddə ölkəmizdə turizmin inkişafını stimullaşdıran bir çox mühüm müddəalar yer alıb.

Artıq bu yolda bir sıra uğurlu addımlar . Ölkəmizdə ilk dəfə olaraq il ərzində iki dəfə Bakı Şopinq Festivalı keçirilib. Statistik rəqəmlər də göstərir ki, festivallar ölkəmizdə ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib. Əgər birinci Bakı Şopinq Festivalında 172 şirkət əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasına qoşulmuşdusa, ikinci festivalda onların sayı 493 oldu. İlk festivalda tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33 idisə, ikinci festivalda tərəfdaş ticarət müəssisələrinin sayı 150 oldu. Bu da sahibkarlar tərəfindən festivala olan marağın getdikcə artdığını bir daha təsdiq edir. Birinci Bakı Şopinq ümumi dövriyyəsi 18 milyon manatdan çox idisə, ikinci festivalın ümumi dövriyyəsi isə 33 milyon manatdan artıq oldu.

Ötən ərzində Turizm Şurası tərəfindən aşağı büdcəli aviareyslərin açılması istiqamətində də işlər həyata keçirilib. Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bu istiqamətdə atılan addımlar davam etdiriləcək.

Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi, Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə işlər görülməkdədir. Beynəlxalq səviyyədə qəbul həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş tanınmasına və xarici turist axınına yardımçı olacaq.

Həmçinin Yol Xəritəsində paytaxt Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Milli Turizm Təbliğat Bürosu yaradıldı. Büro Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması istiqamətində fəaliyyəti həyata keçirir.

Milli Turizm Təbliğat Bürosunun qarşısında qoyulan vəzifələrdən biri də Bakı şəhərinə daha çox turistin cəlb olunması üçün onlayn məlumat platformasının yaradılması idi. Büronun azerbaijan.travel və salambaku.travel saytları istifadəyə verilməsi də bu məqsədə xidmət edir.

dünyanın turizm xəritəsində özünə layiqli yer tutmaqdadır. Turistlər ilin bütün fəsillərində ölkəmizdə gözəl istirahət edə bilərlər. Şahdağ Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksinin fəaliyyətə başlaması ilə ölkəmizdə turizmin mövsümiliyi aradan qalxıb. İndi paytaxtda və digər şəhərlərdə dünyanın məşhur brend hotelləri fəaliyyət göstərir, turistlərə göstərilən xidmətin çeşidi və keyfiyyəti də ildən-ilə yüksəlir.

Xarici turistlərin Azərbaycana rahat şəkildə səfər etmələri üçün bir sıra MDB ölkələrinin vətəndaşları vizasız, bir sıra ölkələrin vətəndaşları isə sadələşdirilmiş viza əldə etməklə səfər edə bilirlər. 2012-ci ildə elektron viza sisteminin yaradılması, bu ilin yanvarından isə “ASAN viza” sisteminin tətbiqi ölkəmizə gəlmək üçün viza alınmasını 3 gün ərzində mümkün edib.

Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə ölkəmizə gələn xarici turistlərin sayında da ciddi artım qeydə alınıb. Bu ilin on bir ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20 faiz artaraq, 2 milyon 477 min 908 nəfər olub. Ölkəmizdən xaricə gedənlərlə ölkəmizə gələnlər arasında bu il ilk dəfə müsbət saldo qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Tags
115018220201625346ahidiAlaliyyalıbalınalınıbalınmasıaltaradanArtıqartırartmasartmasıartmasınaASANatıatılanatılıbaviareyslaxınıayazazerbaijanAzərbaycanAzərbaycanaAzərbaycandaAZƏRTACbağbaşbaşlanğıcbaxBelBeynəlxalqbilərlərbilirlbirbiribirillikbirinbirinciBizbrendininbubüdcəcəlbciciddidadahadairDardavamdbirldekabrdəyərlərinidigərdildirilibdirilmiDövlətDünyanıDünyanınduzdaedəedənedibediləedilənedilmedilməsiedilmiedirElelektroneləetdiriletdiriləcəketdirilmetməetməkevrilmələləənərərəəriəriniərininəsirətiətinətiniətləfaizfestivalfestivalafestivaldafestivalıfestivalındafestivalınınfestivallarfəaliyyətfəaliyyətifərmanfərqliformalagedəgenigetdikcgələgələngəlməgörgörüləngöstəribgöstəriləngöstərirgözgözəgözəlgünhaqqhaqqıhəllinihəmHəminhərhəyatahotelliclasiclasdaiclaslaricraicrasidiikinciilildəildənilinilkimzalanimzalanıbinfrastrukturinkişafıinkişafınaiqtisadiyyatiqtisadiyyatıirdiyiirildiirilibirilmişçiişləişlərişlərinişlərininistəyənləristifadistifadəistiqamistirahistirahətixtisaslakeçirdiyikeçirildikeçirilməsikeyfiyykeyfiyyətikikompleksininlahiyylaraqlayihlayihəlayihələrlayiqliLiliyevinllinilumatlxalqMalmalikmaliyymanatdanmarağımarketinqMDBmədəMədəniyyətməlumatməqsədmərhələmərhələninmərkəziməsələməşhurmillimilyonminmizinmüddətmüəssisələrininmüsbətnaftalannayesinayesininnazirinazirliyindirilmnəfərnəticənəzarətninNiyyətnümayəndənümayəndələrininolacaqolanolaraqolduolduqolubolunduolunmamolunmasolunubonlarOnlarıOnlarınonlaynonuopinqorqanlarorqanlarınınözpaytaxtpaytaxtdaplatformasPlatformasınınpotensialpotensialıprezidentprezidentiprioritetproblemlproblemləproqramlarqalaaltqalxıbQARqarayevqarşısıqarşısındaqaytarqeydQəbulqədimqərarqismindqonaqpqoymuqoyulanqoyulmuqruplarqruplarıqurumlarRArahatrbaycanrbaycanarbaycandarespublikasRespublikasıRespublikasındaRespublikasınınridirrininrkibirkiblirlanmasrzindSağsağlamlıqsahəsahələrisahibkarlarsaysayısaytlarseseçimisentyabrsertifikatlarsədrisəfərsəhvsəlahiyyətliSənsənəsərəncamsəviyyəsidirsininşirkətləşirkətlərisistemininsırasonstatistikstimullastratejistrukturlarsürətlitamtarixtarixinitbiqitəbliğtəbliğattəbliğitədbirlərtədbirlərintəhliltəkrartəmintəmsiltərtərəfindətərəfindəntərkibitərkiblitəsdiqtəsirtəşkiltətbiqiticarticarəttinlikltravelturistturistinturistlturistlərturistlərinturizmturizmiturizminturizmininuçuşuğurluununUzunmüddətlivacibvarsavasitverilmverilməsiverirvətəndaşVətəndaşlarvətəndaşlarıvətəndaşlarınvəzifəvizavizasvizasıxalqlarxaricxaricdxaricixəbərxəritəxəritəsixidmətyayanayanvaryaradyaradılıbyaradılmasıyataYAYyeniYerYolyoldayükyüksəkzəngin
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: