Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Elektrik yarımstansiyası istifadəyə verildi – FOTOLAR

Elektrik yarımstansiyası istifadəyə verildi – FOTOLAR
January 08
12:24 2018

Metropolitenin lokomotiv parkının, eləcə də əsas istehsalat sahələrinin yerləşdiyi “ deposunda yeni yarımstansiyası istifadəyə verilib.

Bu barədə Metbuat.az-a “BAkı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

rəsmisi bildirib ki, bununla da metropolitenin infrastrukturunun təmin edən ən mühüm istehsalat, təmir-bərpa sahəsi olan deponun təchizatı ən müasir standartlar səviyyəsinə qaldırılıb: “ illər depo ərazisində aparılan yenidənqurma işləri, yeni təmir-istismar, xüsusən istehsalat sahələrinin yaradılması böyük dəyişiklikləri zərurətə çevirmişdi. Çünki depo ərazisində 1967- ildən kiçik və dar fəaliyyət iki yarımstansiya istismar dövrünü başa vuraraq mövcud istehlakçı tələbinə cavab vermirdi. Bu səbəbdən “Bakı Metropoliteni” QSC-nin struktruna daxil olan “Bakımetrolayihə” İnstitutunun layihəsi əsasında yeni yarımstansiya inşa olunaraq məsələnin həllinə kompleks şəkildə yanaşılıb. Həm də metropoliten tarixində ilk dəfə yarımstansiyada yalnız tərəfdaş şirkətin – dünyada bu sahədə tanınmış şirkətlərdən biri olan “Siemens”in avadanlıqları quraşdırılıb. Bununla da avadanlıqların sistemin tələblərinə uyğunlaşdırılmasına ehtiyac qalmır, həmçinin onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verir”.

N.Paşayev bildirib ki, istismar müddətini başa vurmuş əvvəlki yarımstansiyada 1000 kVA gücündə üç transformator idisə, yenisində eyni texniki parametrli, lakin daha müasir 1000 kVA-lıq iki və o qədər də 630 kVA-lıq yeni transformator quraşdırılıb: “1000 kVA-lıq transformatorlar güc, 630 kVA-lıq avadanlıqlar isə işıqlandırma şəbəkəsinin tələblərini ödəmək üçün nəzərdə tutulub. Bu iki şəbəkənin -birindən ayrılması metropoliten üçün vacib məsələ , təchizatının sabit və etibarlığını daha yüksək səviyyədə təmin etməyə imkan verir”.

rəsmisi deyib ki, yeni yarımstansiyada 6 kV-luq komplekt və 4 ədəd 0,4/0,23 kV-luq paylayıcı qurğular qoyulub: “Paylayıcı qurğuların mühüm üstünlüyü avtomat mexanizmli bölmələrdən ibarət olmasıdır. Həmçinin, bu bölmələrin yerindən çıxarılaraq yenisi ilə əvəzlənməsi də perspektiv baxımdan əhəmiyyətlidir.
Sahədə qoyulmuş helium tərkibli və hermetik akkumulyatorlar, quraşdırılmış yeni sabit cərəyan lövhəsi, qəza-işıqlandırma bölməsi, həmçinin müvafiq normalara uyğun ventilyasiya sistemi müasir standartların tələblərinə cavab verir. İdarəetməni həyata keçirən mikroprosessor sistemli telemexanika şkafı müasir dövrün məhsuludur. Dövrün tələblərinə uyğun qurulan avtomatik iş yeri ilə yanaşı, bütün sistemin dispetçer idarəetməsinə tabe edilməsi də uğurla həllini tapıb”.

O əlavə edib ki, depo ərazisində mövcud olan digər alçaldıcı yarımstansiyanın yeni əsaslarla qurulması da davam etdirilir: “Lokomotiv təsərrüfatının ehtiyaclarını ödəyəcək, həmçinin depo və park yollarındakı svetoforların və digər işarəvermə qurğularının cərəyanı ilə təmin edilməsinə xidmət göstərəcək bu yarımstansiya ilə “ deposunun təchizatı ən mükəmməl şəkildə təmin edilmiş olacaq”.

13 metrlik balina sahilə çıxdı – Ölü vəziyyətdə – Oxumaq üçün tıkla

Source link

Tags
1132346akkumulyatorlarAlaldıaliyyaparılanavadanlAvadanlıqlaravtomatavtomatikayrıazBakıbalinabarbaşbaşabaxbərpabildiribbirbiribirindbirindəbubununlacavabCəmiyyətinincərəyanchizatcidadahaDardavamdaxildeposunundeyibdəmdəyişiklikləriDidigəredəedənedibedilmedilməsiedilmiehtiyacehtiyaclarElelektrikeləeretdiriliretibarletməeyniələləənərərəəriəriniərininətinətiniətininətləfacebookfəaliyyətfəaliyyətinifərqlifotolargələgələcəkgöstərgöstərəgöstərəcəkgöstərənGücgücüHBhəllinihəmhəyatahmdaribarətikliklilildəildənilkillərimkaninfrastrukturununinşaişarəişləişləriistehlakistehsalatistifadistifadəistismarkandakeçirkeçirəkeçirənkikiçikkomplekslakinlaraqlayihlayihəlayihəsiLillinilokomotivlumatmetbuatmetrlikmetropolitenimetropoliteninməkandaməlumatməsələMətbuatminMMmstansiyamstansiyadamstansiyasmüddətiniNərimanovninnormalaranqurmanstitutununolacaqolanolmaqlaolmasolmasıonlarOnlarıOnlarınoxumaqparkparkınParkınınpaylayperspektivqapalqədərqəzaqlandqoyulmuqoyulubqulluquraşdırılıbqurğularınınqurulanqurulmasqurumrazisindrəhbərirəsmisirimanovrininrkiblisabitsahəSahəsisahilsəbəbdənsəmərəlisəviyyəsininsistemisisteminsistemlismisisonstandartlartabetapıbtarixindtbuattexnikitəchizatıtələtəmintəmirtərtərkiblitəsərrüfatıtəsərrüfatınıtəşkiltinintlidirtutulubuyğunvacibvarveribverildiverilibverirvuraraqvurmuxidmətXidmətininyalnızyanyanayanaşıyaradyatayeniyenidyenisiyeriyerindyerindəyerindənyollaryollarıyükyüksək
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com