Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Baş məşqçi: Fərid Nəbiyev liderimiz olacaq

Baş məşqçi: Fərid Nəbiyev liderimiz olacaq
January 09
15:14 2018

Çexiyanın “Slaviya” klubunun 21 yaşadək komandasının məşqçisi Pavel Rjehak U-21 millimizin kapitanı Fərid Nəbiyevi tərifləyib.

Oxu.Az xəbər verir ki, rəsmi saytına müsahibə verən 54 yaşlı mütəxəssis yayda “Qəbələ”dən bu komandaya keçən Fərid Nəbiyev fikir bildirib.

O, gənclər millimizin yarımmüdafiəçisi və digər yeni gələnlərin uyğunlaşma dönəmi keçirdiklərini söyləyib:

“Bizim qüvvəmiz çoxdur. Yeni futbolçular mühitdən gəliblər. Əvvəlki komandalarında başqa atmosferdə idilər. Yeni gələnlər başqa mühitə öyrəşdiklərindən bizim ab-havaya uyğunlaşmalıdırlar. Çoxu Balkan ölkələrindəndir, yalnız Fərid Nəbiyev Azərbaycandan gəlib”.

Həmyerlimizin ünvanına tərif yağdıran Pavel Rjehak komandanı onun üzərində quracağını vurğulayıb:

“Gənclər Liqasındakı yerimizi qorumaq . Bu, bizim hədəfimizdir. Oyunumuzu getdikcə daha yaxşılaşdırmalıyıq. Söz verirəm ki, hazırkı futbolçular qışda fiziki formalarını yaxşılaşdırıb, daha hazır vəziyyətdə . Biz qışa qədər iki səbəbə görə bəzi oyunlarda məğlub olurduq. təcrübəsizlik, digəri isə fiziki çatışmazlıqdır. Fikrimcə, hazırkı heyətdə bəzi futbolçular çox istedadlıdırlar. Bu mənada, rumıniyalı hücumçu Andrey Sıntyan və Fərid Nəbiyevi fərqləndirə bilərəm. Düşünürəm ki, komandanın və oyunu bu futbolçuların üzərində quracağam”.

Qeyd edək ki, hazırda “Slaviya” “Qəbələ” Futbol Akademiyasının daha iki yetirməsi – Amin Seydiyev və Rövlan Muradov məşq edir. yanvarın 28-dək özlərini yaxşı göstərsələr, klubla müqavilə bağlayacaqlar.

S.T.
www.oxu.az

Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: