Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Getdikcə hər şey qaydasına düşəcək”

“Getdikcə hər şey qaydasına düşəcək”
January 09
00:55 2018

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.

Milli.Az goal.az-a istinadən xəbər ki, “qırmızı-qaralar”ın təcrübəli yarımmüdafiəçisi Asif Məmmədov toplanışın günlərini klubun saytına açıqlamasında dəyərləndirib. O, hazırığın bəhrəsini vacib və çətin matçlarda görəcəklərini bildirib: 

“Hazırlıq prosesinin iki günü arxada qalıb. Toplanışın günləri ağır olur. Bu da həmişə təsadüf olunan haldı. Çünki komanda istirahətdən dönüb. Düşünürəm ki, getdikcə hər şey qaydasına düşəcək. az çalışıb, oyunları keçirdikdən sonra komandanın fiziki durumu yüksəlib, öz əvvəlki vəziyyətinə çatacaq. Bu üzdən də yaxşı hazırlaşmalıyıq. Çünki qarşıda bizi çətin oyunlar gözləyir. Məşqlərin o qədər də ağır keçdiyini demək olmaz. Baş məşqçi də hər şeyi nəzərə alıb, yükləmələri tədricən artırır. Ağır məşqlərin olması . Belə ağır məşqlər olmalıdı ki, sonra özümüzü daha yaxşı, daha rahat hiss edək”.

Mövsümün arxada yarısını da dəyərləndirən Məmmədov Topaz Premyer Liqası və Azərbaycan kubokundakı çıxışı da müsbət hesab edir:

“Mövsümün arxada hissəsindəki çıxışımızı yaxşı hesab edirəm. Düzdü, oyunlarda uduzmamalı olduğumuz halda məğlubiyyətlə üzləşdik. Amma belə hallar olur. Ümumilikdə, iki dövrədəki çıxışımız normal sayılır. Həm kubokda mübarizəni davam etdiririk, həm də çempionatda şanslarımızı qoruyuruq”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: