Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Elyunussidən “Qarabağ”da qalıb-qalmaması ilə bağlı – AÇIQLAMA

Elyunussidən “Qarabağ”da qalıb-qalmaması ilə bağlı – AÇIQLAMA
January 10
21:39 2018

“Qarabağ”ın norveçli yarımmüdafiəçisi Tarik Elyunussinin İsveçin AİK klubunun diqqət mərkəzində olması barədə məlumat vermişdik.

Oxu.Az xəbər verir ki, 29 yaşlı futbolçu ölkəsinin mətbuatına müsahibə verib. Elyunussi onunla bir neçə klubun maraqlandığını etiraf edib:

“Mənim xidmətimdə maraqlı olan bir neçə klub var, “Qarabağ”da çıxış etməkdən məmnunam. Düzdür, Çempionlar Liqasında və ölkə kubokunda mübarizəni dayandırmışıq, lakin çempionatda ən yaxın izləyicimizi 6 qabaqlayırıq. Aradakı səviyyə fərqi də böyük deyil. Gələcəkdə nə olacağını görəcəyik”.

Tarik AİK-lə bağlı da fikirlərini bildirib: “AİK böyük azarkeş olan klubdur. Stokholm da gözəl şəhərdir”.

Elyunussi daha sonra “deməli, AİK-ə keçidini istisna etmirsən” sualına “yox” cavabını verib.

Xatırladaq ki, Tarik Elyunussi “Qarabağ”da icarə əsasında çıxış edir. Onun Ağdam mövsümün bitəcək. 29 yaşlı futbolçu müqaviləylə “Olimpiakos”a məxsusdur.

S.T.
www.oxu.az

Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: