Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Həkimlər həyəcan təbili çalırlar: qıcqırma xərçəng törədir

Həkimlər həyəcan təbili çalırlar: qıcqırma xərçəng törədir
January 10
18:10 2018


Bakı, 10 yanvar, AZƏRTAC

Həkimlər adi qıcqırma nəticəsində həzm traktının yuxarı şöbələri yuxarı tənəffüs yolları xərçəngi xəstəliklərinin inkişaf riskləri barədə xəbərdarlıq edirlər. Qıcqırma adətən mədə şirəsi substansiyasının qida sızması nəticəsində yaranır.

AZƏRTAC “medvesti.com” saytına istinadla verir ki, prosesin tezliyi həzm traktının aşağı şöbələrində ezofaqit deyilən iltihab reaksiyası doğura bilər. Əslində, patologiyanın özü təhlükəli deyildir erkən dövrdə aşkar ediləndə müalicə olunur. Amma vaxtında müdaxilə edilməyəndə ağır fəsadlar yaradır.

ABŞ-da çıxan “JAMA Otolaryngology Head and Neck Surgery” nəşri Oçsner Tibb Mərkəzinin elmi əməkdaşlarının tədqiqat işinin nəticələrini açıqlayıb. Mərkəzin əməkdaşları bu qənaətə gəliblər ki, müntəzəm qıcqırma qida borusunun stenozu, qida divarının deşilməsi, həzm traktı, burun-udlaq, yuxarı tənəffüs yolları xərçəngi xəstəliklərinin yaranması şəklində fəsadlar yaradır. Mütəxəssislər qıcqırmanın onkoloji proseslərlə mümkün qarşılıqlı əlaqəsini üzə çıxarmaq üçün 28 mindən çox ahıl pasiyentin tibbi göstəricilərini ediblər. Məlum olub ki, onların .805 min nəfəri yuxarı tənəffüs yollarını həzm traktının yuxarı şöbələrini zədələyən onkoloji xarakterli patologiyalardan əziyyət çəkir. Alimlər müntəzəm qıcqırma tutmaları olan pasiyentlərin sayını müəyyənləşdirdikdən bu qənaətə gəliblər ki, qıcqırmadan əziyyət çəkənlərdə qırtlaq onkologiyası 3 dəfə, burun-udlaq onkologiyası 2,5 dəfə, badamcıqların xərçəngi 2 dəfə, burunətrafı əlavə ciblərin onkologiyası 2 dəfə çox diaqnozlaşdırılıb. Onkoloji xəstəliklərin ənənəvi statistikasına görə, həzm traktının yuxarı şöbələrinin yuxarı tənəffüs yollarının onkologiyasına tutulma hallarının 360 mini ölümlə nəticələnir. Həkimlər qıcqırmanın müntəzəmliyinin onkoloji xəstəliklərin inkişafı ilə həqiqi əlaqəsini hələlik etməyiblər. Ola bilsin, onkoloji vəziyyətdən qabaq müşahidə qida borusunun selikli qişası hüceyrələrinin displaziyası həzm şirəsinin tərkibində duz turşusunun müntəzəm təsiri ilə yaranır. Bundan əlavə, tədqiqatçılar hamı tərəfindən edilmiş onkogenlər olan siqaretin alkoqolun təsirini nəzərə almayıblar. Asılılıq yaranması mexanizmlərinin olunması bütün mümkün təsirlər nəzərə alınmaqla, ətraflı tədqiqatların aparılmasını tələb edir.

AZERTAG.AZ :Həkimlər həyəcan təbili çalırlar: qıcqırma xərçəng törədir

Mətndə səhv , onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: