Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

İlham Əliyev: “Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır”

İlham Əliyev: “Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır”
January 10
21:41 2018

Bakı. 10 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

“Report” xəbər verir ki, dövlət başçısı Dağlıq Qarabağ həllinin ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu, bunun heç bir başqa yolunun olmadığını vurğulayıb.

Bizim prinsipial mövqeyimizin ədalətli, beynəlxalq hüquqa əsaslanan və daha çox beynəlxalq qazanan mövqe olduğunu bildirən prezident deyib:

əks etdirən bir neçə önəmli olub. Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. qonşu ölkələr, Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu getdikcə daha da artır”.

Azərbaycan Prezidenti ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə “Şərq tərəfdaşlığı”na üzv ölkələrin ərazi bütövlüyünün, suverenliyinin Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəkləndiyini xatırladaraq deyib: “Bu, işğalçı Ermənistana növbəti zərbə olub. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma qoyurlar. O da həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilib. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma olunmalıdır. Biz həmişə demişik. Mən dəfələrlə deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan çəkilməlidir. Biz artıq görürük. edirəm ki, -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir”.

Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: