Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Prezident İlham Əliyev: Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır

Prezident İlham Əliyev: Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır
January 10
22:45 2018


Bakı, 10 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev Nazirlər 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Dağlıq Qarabağ probleminin həllinin ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu, bunun heç bir yolunun olmadığını vurğulayıb. Bizim prinsipial mövqeyimizin ədalətli, beynəlxalq hüquqa əsaslanan və daha çox beynəlxalq dəstək qazanan mövqe olduğunu Prezident : “Bunu əks bir neçə önəmli hadisə olub. Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır”.

Azərbaycan Prezidenti ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyünün, suverenliyinin Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəkləndiyini xatırladaraq : “Bu, işğalçı Ermənistana zərbə olub. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar. O da həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilib. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq . Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq , ikili standartlara olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir”.

AZERTAG.AZ :Prezident İlham Əliyev: Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: