Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 7241 müraciət qeydə alınıb

Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 7241 müraciət qeydə alınıb
January 12
22:39 2018

Bakı, yanvar, AZƏRTAC

Ötən Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 7241 müraciət qeydə alınıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müraciətlər əsasən nazir Heydər Əsədov tərəfindən vətəndaşların regionlarda keçirilən qəbulunda iştirak etmək, mayalanma tədbirləri nəticəsində doğulan hər buzova görə heyvan sahibinə ödənilməsi, pambıqçılıq, toxumçuluq, subsidiyalar, suvarma işləri, gübrələrin güzəştli şərtlərlə satış qiymətləri, güzəştli şərtlərlə kreditlərin verilməsi qaydası, , kənd təsərrüfatı məhsullarının satış yarmarkaları, o cümlədən arıçılıq məhsullarının sərgi satış yarmarkasında iştirak etməklə bağlı olub. Həmçinin Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən respublikaya gətirilən və respublikadan bitki və bitki mənşəli məhsullar üçün zəruri idxal və ixrac sənədləşmələri, lizinq yolu ilə cins heyvanların və yeni kənd təsərrüfatı texnikalarının alınması, taxıl biçini mövsümündə kombaynla təmin , sürücülük vəsiqəsinin dəyişdirilməsi, işlə təmin , torpaqların təyinatının dəyişdirilməsi və icarəsi, baramaçılığın inkişafı və kənd təsərrüfatının müxtəlif sahələri ilə əlaqədar da müraciətlər edilib.

Daxil olan müraciətlər mövcud qanunvericiliyə uyğun cavablandırılıb, verilən sorğular əsasında zəruri informasiya xidməti göstərilib, araşdırma edilən müraciətlər isə aidiyyəti üzrə təqdim edilərək qaldırılmış məsələnin həllinə kömək göstərilib.

AZERTAG. :Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 7241 müraciət qeydə alınıb

Mətndə səhv varsa, qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: