Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

LENT.AZ – Azərbaycanda qətl törədən qısqanc kişi tutuldu – TƏFƏRRÜAT

LENT.AZ – Azərbaycanda qətl törədən qısqanc kişi tutuldu – TƏFƏRRÜAT
January 12
13:56 2018



 


Beyləqanda qanlı hadisə törədən Muxtar Mustafayev tutulub.


 

Lent.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki,  yanvarın 11-də Beyləqan rayon sakini Əli Bayramovun güllə yarası alması barədə DİN-in “102” Zəng Xidməti Mərkəzinə məlumat olub.


 


 


 


Dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.


 


         


 


Ə. Bayramov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə onun həyatını xilas etmək mümkün olmayıb.


 


 


 


Araşdırmalarla müəyyən edilib ki, Ə. Bayramov Dünyamalılar kəndində həmkəndlisi Muxtar Mustafayevlə aralarında münaqişə baş verib və bu M. Mustafayev Ə. Bayramov istiqamətində ov tüfəngindən atəş açmaqla onu yaralayıb.    


 


 


 


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Mustafayev saxlanılaraq istintaqa təhvil . Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq olmayan “TOZ-16” markalı tüfəng də götürülüb.


 


 


12:37


 


Dünən axşam Beyləqan rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı təfərrüat üzə çıxıb. Lent.az xəbər verir ki, Dünyamalılar kəndində yaşayan 1980-ci il təvəllüdlü Mustafayev Muxtar Yaqub oğlu və onun güllələyərək öldürdüyü 1991-ci il təvəllüdlü Bayramov Əli Əlövsət oğlu qonşu olublar. Belə ki, əslən Xocavənd rayonunun Qaradağlı kəndindən olan və müharibə vaxtı qardaşı şəhid olan Muxtar işğaldan sonra ailəsi ilə birgə Dünyamalılara köçüb.


 


Hadisənin baş vermə səbəbinə gəlincə, bu günlərdə iki ailə arasında münaqişə baş verib. Daha sonra M.Mustafayev 27 yaşlı Əli Bayramovu ailəsinə qarşı nalayiq etməkdə ittiham edib. Dünən isə o, ov tüfəngi ilə qonşusunu güllələyib. Əvvəlcə kənd xəstəxanasına aparılan Əli Bayramov vəziyyəti ağır olduğundan Beyləqan xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə o, cərrahiyyə şöbəsində vəfat edib.


 


Bildirilir ki, qətli törədən Muxtar Mustafayevin 2 oğlu var. Öldürülən Əli Bayramov isə yeni evlənibmiş və keçən il övladı dünyaya gəlib.


 


Faktla bağlı araşdırmalar etdirilir.


 


*****


 


10:27


 


Beyləqan rayonunda qətl törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Dünyamalılar kəndində 1980-ci il təvəllüdlü Mustafayev Muxtar Yaqub oğlu həmyerlisi, 1991-ci il təvəllüdlü Bayramov Əli Əlovsət oğlunu güllələyərək öldürüb.


 


İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib. Qətlin konkret səbəbi, hansı şəraitdə törədilməsi hələlik məlum deyil.


 


Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.





Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: