Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Xəzər rayonunda şəhid Füzuli Gözəlovun xatirəsinə həsr edilən sənədli filmin təqdimatı olub

Xəzər rayonunda şəhid Füzuli Gözəlovun xatirəsinə həsr edilən sənədli filmin təqdimatı olub
January 12
21:20 2018

Bakı, 12 , AZƏRTAC

Xəzər rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 124 nömrəli tam orta məktəbdə şəhid Füzuli Gözəlovun xatirəsinə həsr edilən sənədli filmin təqdimatı keçirilib.

Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində məktəbin direktoru , Xəzər rayon gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev, rayon icra hakimiyyətinin əməkdaşı Anar Nəsirov, “Qarabağ müharibəsi əlilləri veteranları və şəhid ailələri” İctimai Birliyinin Xəzər rayon filialının Səfa Əliyev, rayon Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı müdiri Ağaşah Yusifov, orta məktəbin direktor müavini Sevinc Atayeva çıxışlarında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsinə ən yüksək hörmət və ehtiramın göstərildiyini diqqətə çatdırıblar. Çıxışlarda uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsində və vətənpərvərlik ruhunun təbliğində belə tədbirlərin, layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.

Çıxışlardan sonra sənədli film nümayiş olunub.

Sonda məktəblilərin ifasında şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya edilib.

Xatırladaq ki, sənədli film “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına , Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin gənclər arasında tanıdılması, vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə çəkilib.

AZERTAG.AZ :Xəzər rayonunda şəhid Füzuli Gözəlovun xatirəsinə həsr edilən sənədli filmin təqdimatı olub

Mətndə səhv , onu qeyd ctrl + enter düyməsini basaraq bizə göndərin

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: