Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Oxu.az – Polis marixuana alverçilərini qandalladı

Oxu.az – Polis marixuana alverçilərini qandalladı
January 13
20:30 2018


Azərbaycanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də ümumilikdə 5,5 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Belə ki, Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbə əməkdaşlarının Samux rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayeri qəsəbə sakinləri Abdullayev və Mircəfər Muradov 1 kiloqram 220 qram marixuananı satarkən saxlanılıblar. Əməliyyat tədbirlərinin davamı olaraq M.Muradovun yaşadığı evə də baxış keçirilib və oradan daha 2 kiloqram 820 qram marixuana edilərək götürülüb.

Ağdaş şəhər sakini Seymur Şirəliyev 2,24 qram marixuananı satarkən Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. üzərindən əlavə 1,45 qram, yaşadığı evə baxış zamanı isə 475 qram maxuana edilərək götürülüb.

Həyata keçirilən əməliyyat tədbirləri ilə Pirallahı Polis Şöbəsinin əməkdaşları qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elçin Mansumovdan 410 qram marixuana, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Abbasəliyevdən 46,818 qram tiryək və 450 qram marixuana götürüblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

E.Ə.
www.oxu.az



Source link

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: