Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Yaqub Mahmudov: Azərbaycan Xalq Cümhuriyyəti bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir

Yaqub Mahmudov: Azərbaycan Xalq Cümhuriyyəti bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir
January 13
21:45 2018

Bakı, yanvar, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən səhifələrindən biridir.

AMEA-nın Tarix İnstitutundan AZƏRTAC-a məlumata görə, institutun direktoru, akademik Yaqub Mahmudov “Azərsun Holdinq” şirkətinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) illiyinə həsr etdiyi diskdəki “Ön söz” bildirib.

Yaqub Mahmudov vurğulayıb ki, İlham Əliyev dövlətçilik tariximizin səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə xüsusi Sərəncam . Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Qadınlara kişilərlə bərabər seçki hüququ verildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu, himni və gerbi hazırlandı. Ana dili dövlət dili elan olundu. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət , Azərbaycanın ilk müasir universiteti təsis olundu, milliləşdirildi, tarixi adlar bərpa edildi. ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına başlandı, humanist və sülhsevər siyasət yürüdüldü.

“Ön söz” deyilir: “Xalqımız müstəqil dövlətini öz varlığında, ruhunda yaşatdı. Azadlıq mübarizəsini dayandırmadı. Əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda – 1991-ci ildə yenidən bərpa olundu. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. İstiqlal Bəyannaməsinin elan edildiyi 28 may ölkəmizdə Respublika Günü kimi qeyd olunur”.

Yaqub Mahmudov bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə Azərbaycanın tarixi yenidən yazılır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Azərbaycan Milli Elmlər Akademiyası dirçəliş dövrünü yaşayır. Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib.

Qeyd edək ki, “Azərsun Holdinq” şirkəti Azərbaycan Xalq Cümhuriyyətinin illiyi ilə bağlı təqvimlər, bloknot və disk çıxarıb. Təqvimin hər bir ayı Cümhuriyyətin qurulmasında xüsusi xidmətləri olmuş ayrı-ayrı şəxsiyyətlərə həsr edilib.

AZERTAG.AZ :Yaqub Mahmudov: Azərbaycan Xalq Cümhuriyyəti bütövlükdə Şərq tarixinin ən səhifələrindən biridir

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: