Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

İranda baş verən ixtişaşların araşdırılması maraqlı faktları üzə çıxarıb

İranda baş verən ixtişaşların araşdırılması maraqlı faktları üzə çıxarıb
January 14
14:54 2018

Tehran, yanvar AZƏRTAC

Dekabrın son günlərində İranın bir neçə şəhərində ixtişaşların araşdırılması davam edir.

İxtişaşların davam etdiyi müddətdə “facebook”, “twitter” və bənzər sosial şəbəkələrdə yayılan və tez bir zamanda paylaşılan video və fotolar maraq doğurduğu üçün araşdırılıb. Araşdırma zamanı olduqca faktlar ortaya çıxıb ki, bu çox düşündürücüdür və ixtişaşların hazırlandığını deməyə əsas verir.

Yerli və istifadəçilərin paylaşdıqları fotolaradan birinin altında “İranın cəsur qızı” yazılıb. Guya iranlı qadın kütləvi aksiyanı dağıtmağa çalışan polisdən qorxmayaraq onun üzərinə hücuma keçir. Sosial şəbəkələrdə bu cür fotoların paylaşılması ilə gənclərə nümunə göstərilir ki, “qadın polisdən qorxmur, sizdə qorxmayın, polisin üzərinə gedin və istəyinizə nail olun”. Sosial şəbəkələrdə bu qaydada istifadə bu və ya digər ölkədə sabitliyi pozmaqdan bir şey deyil.

Paylaşılan fotonun araşdırılması zamanı məlum olub ki, bu İran istehsalı olan “Qızıl boyunbağı” filmindən bir kadrdır. Bu kadr kimi çıxarılıb və təxribat məqsədilə sosial şəbəkələrdə yayılıb.

“İranda polisdə acdır xalq ” başlığı ilə sosial şəbəkələrdə yayılan bir videoda göstərilir ki, guya polis aksiyanı dağıdarkən fürsətdən istifadə edərək mağazadan oğurluq edir. Bu video ciddi şəkildə təhlil edilib. Müəyyən edilib ki, polisin geydiyi paltarın arxasında “policia” sözləri yazılıb. İran polisinin uniformasında belə sözlər yazılmır. Müəyyən edilib ki, bu hadisə Meksikada verib. Mexiko şəhərində aksiyaçıları dağıtmağa çalışan bir polis əməkdaşı mağazadan mobil telefon oğurlayarkən müşahidə kamerasına düşüb.

İrana qarşı yalan təbliğat aparan saytlardan biri isə Misirdə ixtişaşlar zamanı bir qadının öldürülərək qanına bulaşmasının fotosunu yayımlayıb. Halbuki İranda verənlərə heç bir dəxli yoxdur.

Göründüyü kimi müasir dövrdə internetin və yeni texnologiyaların inkişafı siyasi manipulyasiyalara geniş imkanlar yaradır. Bu müstəqil yürüdərək milli maraqlarını qorumağa çalışan dövlətlər bu kimi qarşılaşa bilər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

AZERTAG.AZ :İranda ixtişaşların araşdırılması maraqlı faktları üzə çıxarıb

Mətndə səhv , onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: