Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycan Türkiyədən quş əti idxalına qadağa qoyacaq?

Azərbaycan Türkiyədən quş əti idxalına qadağa qoyacaq?
January 15
22:54 2018

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Türkiyənin Mardin vilayətində “quş qripi”nin aşkarlanması ilə bağlı yayılan məlumatlarla əlaqədar Azərbaycana həmin ölkədən quş əti idxalına qadağa qoyulub-qoyulmayacağına aydınlıq gətirib.

.Az Trend-ə istinadən bildirir ki, xidmətin mətbuat katibi Yolçu Xanvəlinin dediyinə görə, Türkiyə xəstəliklə bağlı yayılsa da, Ümumdünya Heyvan Sağlamlıq Təşkilatı və Türkiyə rəsmi orqanları Azərbaycana məlumat verilməyib.

Y.Xanvəli buna baxmayaraq, həmin məlumatın diqqətdə saxlanıldığını da söyləyib.

Xidmətin mətbuat katibi Mardin vilayətindən diri quş, quş əti və məhsulları almadığını da söyləyib.

Y.Xanvəli əlavə edib ki, hazırda Azərbaycan məhsullarını epizootik vəziyyətin sabit olduğu ərazilərdən – Türkiyənin İstanbul zonasından, Rusiyadan, Gürcüstandan və Ukraynadan idxal edir.

Xidmət ötən mart-aprel aylarında Moskva və Moskvaətrafı vilayətdə “quş qripi”nin aşkarlanması ilə əlaqədar həmin vaxtdan bu ərazidən quş əti və quş əti məhsullarının idxalına müvəqqəti qadağa qoyduğunu da xatırladıb.

Y.Xanvəli Azərbaycanda epizootik vəziyyətin normal olduğunu deyib.

Qeyd edək ki, Türkiyə yayılan görə, ölkənin şərqindəki Mardin vilayətinin Boğaziyyə kəndində “quş qripi” aşkarlanıb. Kənddə quşların məhv edilməsi üçün profilaktik tədbirlər həyata keçirilib.

.Az

Digər maraqlı .Az-ın Facebook səhifəsində

.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: