Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Culfa rayonunun Dizə kəndi 2018-ci ildə abadlaşan ilk yaşayış məntəqəsi oldu

Culfa rayonunun Dizə kəndi 2018-ci ildə abadlaşan ilk yaşayış məntəqəsi oldu
January 15
21:54 2018


Naxçıvan, 15 yanvar, AZƏRTAC

Bu gün muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan quruculuq işləri sakinlərin rahat yaşayışına hesablanıb. Yaşayış məntəqələrində, xüsusilə kəndlərdə yaradılan müasir infrastruktur Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Tikinti-quruculuq işləri əhalinin məskunlaşmasına öz töhfəsini verir, insanlar doğma yurd yerlərinə daha sıx bağlanırlar.

Dizə kənd avtomobil yolu yenidən qurulub

Yanvarın 15-də Culfa rayonundakı Dizə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Bildirilib ki, uzun müddət istismar olunduğu üçün yolda yenidənqurma işlərinin aparılmasına ehtiyac yaranıb. Kənddə kompleks tikinti işləri aparılarkən 8,9 kilometrlik yol da yenidən qurulub. Yenidənqurma işləri zamanı bütün mühəndis texniki tələblərə əməl edilib, yol yatağı genişləndirilərək asfalt örtük salınıb, 49 su keçidi qoyulub, 135 metrlik beton kanal çəkilib. Avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 5,8 kilometrlik yol hamarlanıb və qum-çınqıl qatı verilib.

2018-ci ildə ilk məktəb binası Dizə kəndində

 istifadəyə verilib

Muxtar respublikanın əsasında təhsil quruculuğu dayanır. Ötən il muxtar respublikada 10 məktəb binası istifadəyə verilib. Bu il də məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir. 

Yanvarın 15-də Dizə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını edib, yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, 3 mərtəbəli yeni məktəb binasında müasir tədrisin tələblərinə uyğun şərait yaradılıb, elektron lövhələr, kompüterlər və digər müasir tədris avadanlıqları quraşdırılıb. 234 məktəbdə 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kitabxana, kompüter sinfi, müəllimlər otağı, hərbi kabinə, idman zalı və bufet vardır.

Ali Məclisin Sədri birinci sinifdə və məktəbəqədər hazırlıq qrupunda tədrisin təşkili ilə maraqlanıb. Bildirilib ki, bu il birinci sinifdə 14 şagird təhsil alır. Məktəbəqədər hazırlıq qrupuna isə 12 qəbul olunub.

Hərbi kabinəyə baxış zamanı qeyd olunub ki, məktəbdə şagirdlərin hərb sənətinə marağının artırılması diqqətdə saxlanılır. Ötən il bir şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Bu il isə məktəbdən 5 şagird liseyə sənəd verəcəkdir.

Elektron lövhəli sinifdə ümumtəhsil məktəbləri ilə Naxçıvan Tarix Muzeyi arasında keçirilən distant dərs izlənilib.

Kitabxana fondunda 1573-ü dərslik və 1585-i bədii ədəbiyyat olmaqla 3158 kitab vardır. Burada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Kompüter sinfində 19 lisenziyalı və müvafiq proqram təminatı olan kompüter quraşdırılıb, kompüterlərin internetə çıxışı təmin edilib. Kimya, biologiya və fizika laboratoriyalarında müasir təcrübə avadanlıqları qoyulub.

Ali Məclisin Sədri ötən il gənc naxçıvanlı şahmatçının FİDE ustası adına layiq görüldüyünü bildirib, şagirdlərin şahmata maraqlarının artırılmasının vacibliyini qeyd edib, kimya və biologiya müəllimlərinin təkmilləşdirmə kurslarında iştirakı, dərslərin qavrama yolu ilə öyrədilməsi və elektron dərsliklərdən istifadə ilə bağlı tapşırıqlar verib.

Daha sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşüb, Dizə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə onları təbrik edərək deyib: Yeni ildə ilk məktəb binası Dizə kəndində istifadəyə verilir. Hansı ölkədə təhsil inkişaf edirsə, həmin ölkənin bütün sahələrində inkişaf təmin olunur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun təhsilidir”. Həqiqətən də bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik. Təhsilin əsası da orta məktəblərdə qoyulur. Ona görə də Dizə kənd tam orta məktəbində şagirdlərin təhsilinə ciddi diqqət yetirilməli, onlar bacarıq və həvəslərinə uyğun ixtisaslara, müxtəlif peşə sahələrinə yönləndirilməlidirlər. Məktəbdə bu tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.

Ali Məclisin Sədri deyib: Dizə kənd tam orta məktəbinin yaxşı təhsil ənənələri vardır. Ötən tədris ilində qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, kollektiv məktəbin təhsil ənənələrini davam etdirir. Məktəbin məzunları yüksək bal toplayaraq ali məktəblərə qəbul olunublar. Bütün bunlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, məktəbin bir müəllimi “Ən yaxşı müəllim” mükafatına layiq görülmüş, kənd məktəbi üçün müasir bina tikilmişdir. Kollektiv yaradılan şəraitdən istifadə edərək nailiyyətlərini daha da artırmalıdır.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edib, onlara tədrisdə uğurlar arzulayıb.

Müəllim Firuzə Əliyeva minnətdarlıq edərək deyib: Muxtar respublikanın bütün yaşayış məntəqələrində, eləcə də kəndlərdə geniş quruculuq işləri aparılır. Təhsil quruculuğu həyata keçirilən tədbirlərin əsasını təşkil edir, hər il yeni məktəb binaları istifadəyə verilir. Bu gün açılışı olan Dizə kənd tam orta məktəbi də muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsidir. Yaradılan müasir tədris şəraiti müəllim kollektivinin qarşısında mühüm vəzifələr qoyur, məsuliyyətimizi artırır. Əmin edirik ki, sonra daha səylə çalışacaq, ölkəmiz üçün vətənpərvər və yüksək biliyə malik gənclər yetişdirəcəyik.

Dizədə kənd istifadəyə verilib

Yanvarın 15-də Dizə Kənd Mərkəzinin açılışı olub. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsib.

Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, feldşer-mama, sahə və baytarlıq məntəqələri, kitabxana, klub, statistika otağı və 42 iclas zalı vardır.

Kənd kitabxanasında 6877 kitab vardır. Qeyd olunub ki, sakinlərin kitab mütaliəsinə marağı böyükdür. Hazırda kitabxananın 151 oxucusu vardır. Yaradılan müasir şərait, xüsusilə kitab fondunun yeni ədəbiyyatlarla zənginləşdirilməsi oxucular tərəfindən rəğbətlə qarşılanır.

Ali Məclisin Sədri Dizə kəndində ədəbiyyata böyük maraq göstərildiyini bildirib, bu kəndin yetirməsi gənc şairə Gülsadə İbrahimlinin hələ orta məktəbdə oxuyarkən qayğısı ilə iki kitabının çap olunduğunu xatırladıb, kitabxana işinin təşkili ilə bağlı tövsiyələr verib.

Baytarlıq məntəqəsinə baxış zamanı qeyd olunub ki, kənddə heyvandarlıq və arıçılıq inkişaf etdirilir. Heyvanların baş sayının artırılmasında süni mayalanma işinə xüsusi diqqət yetirilir.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Ədalət Əhmədov deyib ki, hazırda ərazi ilk təşkilatının 152 üzvü vardır. Onlardan 65-i qadın, 48-i isə gəncdir. Kənddə görülən kompleks quruculuq işləri sakinlər tərəfindən razılıqla qarşılanır. Sabitlik, inkişaf və tərəqqi insanların sabaha olan inamını artırır, partiyamızın sıraları genişlənir. Çünki hər kəs yaxşı bilir ki, görülən bu işləri Yeni Azərbaycan Partiyası həyata keçirir. Partiya üzvləri sonra da kəndin inkişafında, bugünkü abadlığın və müasirliyin qorunub saxlanmasında yaxından iştirak edəcəklər.

Rabitə evində poçt bölməsi və 384 ATS quraşdırılıb. Kənddə sürətli internetə çıxış imkanı yaradılıb, dayanıqlı rabitə xidməti təmin olunub. Hazırda kənddə 192 telefon və 48 internet istifadəçisi vardır.

Kənddə səhiyyə xidməti hərtərəfli təşkil olunub. Feldşer-mama məntəqəsi 4 otaqdan ibarətdir. Burada ilkin tibbi xidmətin göstərilməsi üçün lazımi avadanlıqlar, ilkin tibbi yardım və peyvənd çantası qoyulub. Bildirilib ki, kənddə hamilə qadınlara patronaj xidməti və peyvənd işi diqqətdə saxlanılır, səhiyyə maarifinə xüsusi əhəmiyyət verilir.

Xidmət mərkəzində 5 sakin daimi işlə təmin olunub

Həmin gün Dizə kəndində xidmət də istifadəyə verilib. 

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, mərkəzin fəaliyyəti ilə maraqlanıb.

Bildirilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları, 2 anbar fəaliyyət göstərir. Mərkəzdə 5 işlə təmin olunub. Mağazada kənddə fəaliyyət göstərən ailə təsərrüfatlarının istehsal etdikləri məsulların satışına daha çox üstünlük verilir.

Xidmət ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub. Ali Məclisin Sədri Dizə kəndinin abad yaşayış məntəqələrinin sırasına qoşulması münasibətilə kənd sakinlərini təbrik edərək deyib: 2018-ci ildə muxtar respublikanın ilk abadlaşan yaşayış məntəqəsi Dizə kəndi oldu. Aparılan quruculuq işləri Dizə kəndini müasir yaşayış məntəqəsinə çevirmişdir. Kənddə sakinlərin rahat yaşayışı tam təmin olunub. Dizə kəndinin torpaqları, zəhmətkeş insanları və yaxşı təsərrüfat ənənələri vardır. Həyata keçirilən sonra da kəndin inkişafına töhfə verəcəkdir. Sakinlər yaradılan bu şəraitdən istifadə edərək təsərrüfatlarını daha da genişləndirməli, səmərəli istifadə olunmalı, bol istehsal edilməlidir.

Kənd sakini Abbas Tağıyev sakinlər adından minnətdarlıq edərək deyib: Dizə kəndinin müasir yaşayış məntəqəsinə çevrilməsi ölkəmizin , başçısı tərəfindən həyata keçirilən quruculuq xəttinin bəhrəsidir. Kəndimizdə kompleks quruculuq işləri aparılıb. Yol mədəniyyətdir: bu gün kəndimizin müasir yolu vardır. Torpaq kəndlinin iş yeridir: bu gün kəndimizdə hər bir ailənin torpağı vardır. Eyni zamanda müasir məktəb binası övladlarımızın daha yaxşı təhsil almasına imkan verəcəkdir. Kənd və xidmət mərkəzləri isə sakinlərə göstərilən xidmətin səviyyəsini xeyli yaxşılaşdıracaqdır. başqa kənddə hər bir evə içməli su xətti çəkilib. Elektrik enerjisi və təbii qaz fasiləsiz verilir, əhaliyə müasir rabitə xidməti göstərilir. Bu şəraitin qarşısında sakinlərin üzərinə bir vəzifə düşür: o da daha çox işləyərək ölkəmizin inkişafında sahibi olmaqdan ibarətdir. Mən 6 il əvvəl Ali Məclis Sədrinin qayğısı ilə taxılçılığın inkişafı üçün dövlətdən kredit götürüb 4 hektarda buğda əkdim. O zaman söz vermişdim ki, təsərrüfatımı genişləndirəcəm. Hazırda 84 hektar sahədə taxıl əkirəm. Kartofçuluqla da məşğul oluram. Xüsusilə dəmyə taxıl əkini sahələrini genişləndirirəm. tərəfindən subsidiyaların verilməsi, texnika və gübrə təminatı həm təsərrüfatımı genişləndirməyə, həm də bol qazanc götürməyimə imkan verir. Bütün bunlar dövlətimizin yaratdığı şəraitin nəticəsidir. Xoşbəxtik ki, bizdən sonra gələn nəsil də güclü və qüdrətli dövlətin vətəndaşları olacaqlar.

Ali Məclisin Sədri nümunəvi təsərrüfat yaratdığına görə Abbas Tağıyevə təşəkkür edib.

X     X    X

Kənddə quruculuq işləri aparılarkən 380 metr fiberoptik kabel xətti çəkilib, 5000 metr rabitə xətti təmir edilib. Həmçinin 1700 metr yüksəkgərginlikli və 210 metr yeraltı elektrik xətti çəkilib, 5503 metr elektrik xətti yenilənib. Yeni tikililərə 190 metrlik qaz xətti çəkilib, 4408 metrlik qaz xəttində təmir-bərpa işləri aparılıb. Əhalinin içməli su təminatı da yaxşılaşdırılıb, 320 metr yeni içməli su xətti çəkilib, 1340 metr içməli su xətti təmir olunub. Həyətyanı sahələri sel sularının zərərli təsirindən qorumaq üçün 600 metr istiqamətləndirici bənd tikilib.

AZERTAG.AZ :Culfa rayonunun Dizə kəndi 2018-ci ildə abadlaşan ilk yaşayış məntəqəsi oldu

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Tags
10121415192344849566589ABADabadlabbasaçılışıadadınaadındanagirdagirdlahmatahmataAiləailəninAlAlialiyyalıralmasanbarantasaparılanaparılıbaparılıraparılmasıarıçılıqartırartırılmasıartırılmasınıartırırarzulayasfaltavadanlAvadanlıqlaravtomobilavtomobillavtomobilləavtomobillərinayazazadaazalarAzərbaycanAZƏRTACbacarbağbalbaşbaşqabaxBaytarlıqbetonBədiibərpabildirbildirənbildiribbildirilibbilirbinabinalarBinalarınbinasbinasıbinasındabinasınınbininBiologiyabirbirincibiyyatBizbizdənbolbrahimlininbubundanbunlarburadaciciddiclisinclisinindadahadaimidairdairəsidavamdayandayanırdbirldedemədeyibdeyirdiDərsdərslikdərsliklərdədigərdildiqqətdirilmdizdoğmaDövlətdövlətindövlətininDrdrinindrisinedəedəcəkləredərəkedibedilibedilmedilməlidirediredirikedirsehtiyacElelektrikelektroneləenerjisieretdikletdiklərietdiriliretdiriretməetməkevevievindevrilmeyniələləənərərəəriəriniərininəslətdənətiətinətiniətininətləfasilfasiləfasiləsizfəaliyyətfəaliyyətifiruzfizikafondundafondunungenigenişlənirgələgələngəncGənclərgörgörüləngörüşübgöstərgöstərdiyigöstərəgöstərəngöstəriləngöstərilirgöstərilməsigöstərirgözgözəgözəllikgünhalininhaliyhamilHazırdahazırlıqhektarhesablanHeydərHeydər ƏliyevheyvandarlheyvanlarheyvanlarınhəmHəminhəqiqətənhərhərbhərbihərtərəflihəyatahsilinhsuldaribarəticlasiçməliidiidmanifadəililkilkinimkaninfrastrukturinkişafıinkişafınainkişafındainkişafınıninsanlarinsanlarıinsanlarıninternetinzibatiiqtisadiirilmişiişinislahatlarişləişləriişlərininişləyəistehsalistifadistifadəistifadəçisiistiqamistismarixtisaslarakabelkabinkanalkartofkeçidikeçiriləkeçirilənkeçirilməsikəndkəndikəndinikəskəsibkikilatkilibkilometrlikkimyakitabkitabınınkitabxanakitabxanasKitabxanasındaKLUBkmillkollektivkollektivininkomplekskreditkurslarkurslarıkurslarındaLalaboratoriyalarlayiqlazımiLiliderimizlidirlidirlliseyliyevliyevaliyikllimillimlmağazadamalikmallarmarağımaraqmaraqlanmaraqlarmayalanmametrmetrlikməclisMəclisinmədəməhsulməhsuldarməktəbMəktəbdəməktəbdənməktəbəməktəbəqədərməktəbiməktəbinMəktəbininməktəblərimənməntəqələriməntəqəsimərkəziMərkəzininmərtəbəliməşğulMəzunlarMillətinminminatmizinmüddətmüəllimmüəllimimüəllimlərmüəllimlərimüəllimlərininMühəndismükafatınamütəxəssismuxtarMüxtəlifmuzeyinailiyyNaxçıvanndindndinindininndiricindirilndirilmndirilmindirirndirmnəfərnələrinənənəsilnəticənginlnilibninnlaranqurmanümayəndənümayəndəliknümunəviolacaqlarolanolduolmaqdanolmaqlaolubolunduolunduğunuolunmalolunubolunublarolunuroluramonaOndaonlaronlaraonlardanonuOnunortaötürötürməoxucularoxunmasoxuyarközpartiyapartiyasPAYpeyvəndpoçtpolisproqramQARqarşısıqarşısındaqatqayğıqazqazanqazancqazanıqeydQəbulqədərqorumaqqoyulubqoyulurqoyurqrupunaqrupundaQumquraşdırılıbquruculuquruculuqqurulubqüvvərabitrahatraitdraitiraitinraitlralarrayonundakrayonununrazırbaycanrdiyirespublikanınrespublikasrilirrininrslikrsliklrxanasabahasabitliksahəsahələrisahələrinisahibisakinsakinisakinlSakinlərsakinlərisakinlərinsakinlərinisalınıbsalonusatışınasaxlansaysayısayınıselsədrisədrininsəhvsəmərəliSənsənəsənədsəviyyəsəviyyəsinisidirsinfisinifsinifdsirindSizsırasınaskunlasonrasosialstatistikasusularsularısularınsuliyysünisürətliTağıyevTalıbovtamtanıştapşırıqlartarixTaxıltelefontexnikatexnikiTəbiitəbriktədbirlərtədbirlərinTədristədrisintəhlükəsizTəhsiltələtəmintəmirtərtərəfindətərəfindəntəsərrüfatıtəsərrüfatlarıtəşkiltəşkilattəşkilitibbitikilibtikililtikililərtikilmitikintitikintisintimiztinintiraktöhfətorpatorpaqtorpaqlartorpaqlardantövsiyətövsiyələrttindttininuğurlarulmasuluqlaurlaruşaqustasuyğunUzunvacibliyiniVanvarsavasifververəverəcəkdirveribverilibverilirverilmverilməsiverirvermivermişdimvətəndaşVətəndaşlarvətəndaşlarıvətəndaşlarınavəzifəVIxeylixəttixəttininxidmətXidmətixoşyayanvaryanvarınyaradyaradılanyaradılıbyaranYaranıyaranıbyaratdyaratdığıyaşyatayaxındanyeniyenidyenidənyenilyeraltyeriyerlikyetiriliryetirilmyetirmyetirməsiYolyoldaYOLUyükyüksəkyurdzamanzamandazərərlizininzunlar
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: