Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Ehtiyata və istefaya buraxılmış hərbiçilərin əlilliyinə səbəb olan hallar açıqlanıb

Ehtiyata və istefaya buraxılmış hərbiçilərin əlilliyinə səbəb olan hallar açıqlanıb
January 15
15:32 2018

Ehtiyata və istefaya buraxılmış hərbiçilərin əlilliyinə səbəb olan hallar açıqlanıb.

 

APA-nın məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”da əksini tapıb.

 

Yanvarın 11-dən qüvvəyə minmiş Təlimat Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi məqsədilə hərbi qulluqçular 3 kateqoriyaya 11; həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış və hərbi tibbi sənədləri olan,  həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış, lakin hərbi tibbi sənədləri olmayan və həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunla müəyyən edilmiş digər əsaslara görə buraxılmış hərbi tibbi sənədləri olan və ya hərbi tibbi sənədləri olmayan şəxslərə bölünür. Bu Təlimat Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Miqrasiya Xidməti və Dövlət Gömrük Komitəsində xidmət keçmiş xüsusi rütbəli şəxslərə də şamil edilir. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara aşağıda əlillik səbəbləri müəyyən edilir:

 

11; Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik;

11; Keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar əlillik;

11; Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik;

11; Hərbi xidmət dövrü ilə əlaqədar əlillik;

11; Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik;

11; Ümumi xəstəliklə əlaqədar əlillik.

 

20;Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik21; səbəbinin müəyyən edildiyi hallar da açıqlanıb. Bura aşağıdakılar daxildir:

 

11; Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu yaralanmanı, travmanı, kontuziyanı (xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa;

11; xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa;

– xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa;

– xəstəliyi Azərbaycanı müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;

– xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa;

 

“Keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir:

 

– əgər şəxs xəsarəti SSRİ-ni müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə dövrdə dövlət sərhədini mühafizə edərkən almışsa;

– əgər şəxsin xəstəliyi cəbhədə olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik cəbhədə olduğu dövrdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən, müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa, habelə şəhadətləndirilən şəxsdə tədricən xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini həmin şəxsin cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;

– əgər şəxsin xəstəliyi döyüş əməliyyatları aparılan dövlətlərdə hərbi xidmətdə olduğu dövrdə və ya onun xaricdə kəşfiyyat və ya əks kəşfiyyatla bağlı vəzifələri yerinə yetirdiyi dövrdə yaranmışsa, yaxud dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən, müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa, habelə şəhadətləndirilən şəxsdə tədricən xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini həmin şəxsin cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;

– əgər şəxs xəsarəti, xəstəliyi vətəndaş müharibəsi və ya Böyük Vətən müharibəsi illərində, 1929-cu ildə Çin-Şərq yolunda, 1939-1940-cı illərdə Sovet-Fin müharibəsi zamanı, 1939-cu ildə Qərbi Belorusiyada və Qərbi Ukraynada döyüş əməliyyatları dövründə, 1938-cü ildə Xasan gölü ətrafında və 1939-cu ildə Xalxin-Qol çayı üzərində döyüşlərdə, 194-ci ildə Yaponiya ilə müharibə zamanı, habelə 1944-cü il yanvarın 1-dən 191-ci il dekabrın 31-nə qədər SSR, Belorusiya SSR, Latviya SSR, Litva SSR və Estoniya SSR ərazilərində millətçi gizli ünsürlərin (banditizmin) ləğv edilməsi məqsədilə döyüşən ordunun tərkibində olan dövrdə (müharibə iştirakçısı vəsiqəsi olduqda), fövqəladə vəziyyət və silahlı münaqişələr şəraitində və döyüş şəraitində döyüş əməliyyatlarında vəzifələrin yerinə yetirilməsi zamanı, əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa, yaxud hadisələrdən əvvəl yaranmış xəstəlik həmin hadisələrdə iştirak etdiyi dövrdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin-SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin, SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən, müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa, habelə şəhadətləndirilən şəxsdə tədricən xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini hadisələrdə iştirak etmə dövrünə aid etməyə imkan verən tibbi sənədlər varsa.

 

“Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir:

 

– xəsarət hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar alınmışsa;

–  şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit şüalanması mənbələrinin, I-II qrup patogenikli mikroorqanizmlərin təsirinə qalmaq nəticəsində almışsa;

– şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa;

– tibbi heyətdən olan şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa;

– şəxs xəsarəti, xəstəliyi hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa;

– şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa.

 

“Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir:

 

– xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə;

– xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə;

– şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa;

– xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.

 

“Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir:

 

– şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən xəsarət, xəstəlik almışsa;

– şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən radiasiya təsiri nəticəsində xəstəlik almışsa.

 

“Ümumi xəstəliklə əlaqədar” əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir:

 

– şəxs xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa;

– şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə;

– şəxsin xəstəliyi hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), dövrünə aid etməyə əsas yoxdursa.

 

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik”, “Keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar əlillik” və “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik” səbəbləri xəsarətin, xəstəliyin səbəb əlaqəsi Hərbi-Həkim Komissiyasının (HHK) qərarında müvafiq olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” rəylərindən biri şəklində verildikdə müəyyən edilir. “Hərbi xidmət dövrü ilə əlaqədar”, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və “Ümumi xəstəliklə əlaqədar” əlillik səbəbləri xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında HHK qərarına uyğun olaraq müəyyən edilir. Xəsarətin alınma şəraiti və səbəbi ştatlı HHK tərəfindən təsdiq edilmiş xəstəlik haqqında şəhadətnamədə və ya xəsarətin və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinə dair qərarında, yaxud ştatdankənar HHK arayışında göstərilməlidir.

Source link

Tags
1111223315ağıraidAlalanmasanıAPAaparanaparılanaradanartanaşağıatdıatışayayıayınınazAzərbaycanbağbarbaşbaşabaşlanğıcbaşqabədbəxtBədənbininbirbiribubunaBuraburaxburaxıldıcəbhəcidadairdanDardaxildaxildirdaxilidekabrdəmirdəndərəcədəyişədəyişənDidigərdildincDiniDişdişləməsidliyyDövlətdöyüşdöyüşədüşəedəedərkənediliredilmedilməsiedilmiehtiyataeksperternobestoniyaetdiyietməetməkələləənərərəəriəriniərininəsirətdənətiətinətləəziyyətfacebookfinfiyyatfunksiyalargetməgətiribgizligölgörgöstərilənhadishadisəhaldahalininhallarhallardahaqqhaqqıheyətdəheyətdənheyvanhəkimHəminhərbihəyatahisshissəicrasIIililəimkaninsaninsanıişləişləriistefayaiştirakçıixtisaslakateqoriyaskeçəkeçənkeçirkeçirəkeçirənkeçməkimklindkomissiyasKomissiyasınınkomitKomitəKomitəsininkonstitusiyalakinlatviyalazerleyhinləğvLilidirlilliyinlitvaliyinliyiniliyyatliyyatlarlumatmaddəməlumatməruzMillətminmiqrasiyaMüalicəMüdafiəmüdafiəsimüəyyənmüharibəsimünaqişəmüraciətMüvəqqətinarnazirliklnazirliklərinazirliyinazirliyininndirilnəticənəticələrininninnzimlolanolaraqolarkənolduolduğuolmamolmasolmasıolmasınaolmayanölüolunmasölünüömrüönOndaOnunordununordusundaorqanlarpreparatlarıqalmaqqanunlaqaydalarqaydalarıqazanqazanıqədərqərarqərarınaqəzanınqilliyiniqolqrupqulluqqulluqçularqulluqçularaquruluqüvvəQüvvələrinradioaktivraitiraitindraketrazilrbaycanreabilitasiyarespublikasRespublikasıRespublikasınınrininrkibinrkibindrrahiyyRütbəlisahəsahələrisəbəbsəbəbləriSənsənəsənədləsənədlərisilahlsindromunusininsirinsirlikdsizliyiskinlsonrasosialsovetSülhtapıbTəhlükəsizliyitərtərəfindətərəfindəntəsdiqtəsirtəsiritəyintibbtibbitiraktiribtoplantoplanıştutulmuşukraynaukraynadaularaüstəuyğunvarvarsaververəverənvəsiqəvəsiqəsiVətənvəzifəvəzifələrininvəziyyətVIvirusvirusuxaranxaricxaricdxaricixəsarətxəsarətiXəstəxəstəlikxəstəlikləxəstəliklərxəstəliklərinxəstəliyixəstəliyinxəstəliyinixəyanətxidmətXidmətiXronikiyayanyanacayanındayanvaryanvarınyaponiyayaranmyaranmışyararlyararsyatayaxudYAYyayıyayınmaqyerinyetiryetirdiyiyetirənyetirilmyetirilmiyetirmyolundayoxdursayükyüksəkzamanzədəzonaszonasızonasında
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: