Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Gəlin ​Dr. Səbinə Mirzəyeva ilə ana olmağa hazırlaşaq!

Gəlin ​Dr. Səbinə Mirzəyeva ilə ana olmağa hazırlaşaq!
January 15
11:06 2018




Yüksək və doğum üzrə mütəxəssis, cərrah mama-ginekoloq Dr. Səbinə Mirzəyeva “Dr. Səbinə Mirzəyeva ilə addım-addım ̶; adlı kitabını qonaqlara və media nümayəndələrinə təqdim etdi.

Metbuat.az-ın məlumatına görə “Dr. Səbinə Mirzəyeva ilə addım-addım ̶; adlı kitabında gələcək ananın dövründə qarşıya çıxan çətinliklərin öhdəsindən asanlıqla gəlməsi üçün yetərincə praktiki məsləhətlər verilib. Kitabda hamiləliklə bağlı ümumi və praktiki suallar nəzərdən keçirilib. Məsləhətlər toplusu bu kitabda hamiləliyə hazırlıq mərhələsi, hamiləliyin bütün həftələri, doğuş prosesi və doğuşdan sonrakı çətin, eyni zamanda məsuliyyətli dönəm haqqında bütün vacib məlumatları əldə etmək olar.

Sözü gedən kitab öz missiyasını layiqincə yerinə yetirəcək və bütün hamilələrin şübhədolu fikirlərlə və cavabını bilmədikləri suallarla beyinlərini yormağa icazə verməyəcək. Xanımlarımız hamilə olduqlarını öyrəndikləri gündən körpələrini qucaqlarına aldıqları günə qədər bu kitabı oxuyacaq, həm mədəni istirahət etmiş olacaq, həm ana olmağa hazırlıq mərhələsinə tam qüvvə ilə daxil olacaqlar.

Hər kəsin mağarağına səbəb olacaq kitabın aparıcı kimi tanınmış yazar Sevinc Çılğın sözə başladı. Bundan sonra tədbirə olunmuş qonaqlardan Azərbaycanın sevilən millətvəkillərindən Qənirə Paşayeva çıxış etdi.

“Dr. Səbinə Mirzəyeva ilə addım-addım ̶; adlı kitabın ərsəyə gəlməsində durmadan inkişaf edən səhiyyəmizin rolunu da mütləq qeyd etmək lazımdır. Belə ki, Dr. Səbinə Mirzəyeva kitabın yaranma tarixçəsini danışarkən bunları dedi:

səhiyyəsi 35 ilə yaxın bir dövrdə bilavasitə ümummili liderimiz Heydər Əliyevin himayəsində olub. Ulu öndərimiz səhiyyəmizin yüksəlişini, əsrlərcə irəliləmək iqtidarında tərəqqisini təmin edib və onun bu səhiyyə siyasəti Prezidentimiz İlham Əliyev və ölkənin Vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bu gün uğurla davam etdirilir. Onların bizim səhiyyəyə göstərdikləri qayğı və verdikləri tövhələr biz həkimlərdə böyük bir məsuliyyət hissi oyadıb. Bunun nəticəsidir ki, bu gün biz belə bir kitabın dərc olunması münasibətilə toplanmışıq.”

Xatırladaq ki, Dr. Səbinə Mirzəyeva 202-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında “YÜKSƏK RİSKLİ HAMİLƏLİK VƏ DOĞUŞ” üzrə təhsil proqramına yiyələnib və hazırda Baku Medical Plazada cərrah mama-ginekoloq vəzifəsində çalışır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.





Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: