Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Lotu Quli”nin “Moskva savaşı” davam edir

“Lotu Quli”nin “Moskva savaşı” davam edir
January 15
23:32 2018

iki böyük kriminal qruplaşma arasında təsir sahələrinin bölüşdürülməsi uğrunda mübarizə şiddətlənir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, söhbət azərbaycanlı avtoritet Nadir Səlifov (“Lotu Quli”) və çeçen avtoritet Əziz Batukayevin qruplaşmaları arasındakı qarşıdurmadan gedir.

Məlumata görə, qruplaşmalar arasında bir neçə gün əvvəl toqquşma . KİV qeyd edir ki, qarşıdurmaya səbəb çeçen qruplaşmasının əvvəllər azərbaycanlı avtoritet Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) kriminal klanının nəzarət etdiyi bazarları tutmağa çalışması .

Bildirilir ki, çeçen kriminal qruplaşması Azərbaycandan olan ticarətçilərə “yeni vergi” qoymağa çalışıb və hətta bazarlarda bir neçə dəfə silahlı reydə təşəbbüs edib.

Ancaq Əziz Batukayevin adamları Rusiya paytaxtında təsir sahələrinin yenidən bölüşdürülməsi cəhdi zamanı “Lotu Quli”nin müqaviməti ilə qarşılaşıb. Qruplaşmalar arasında toqquşmadan sonra hüquq-mühafizə orqanları 15 nəfəri saxlayıb.

Daha əvvəl “Praym Kraym” kriminal saytının yazdığına görə, qarşıdurma Moskvanın 3 bazarı üstündə yaranıb. Saytın əldə etdiyi məlumatlara görə, dekabrın ortalarında Əziz adından hansısa çeçen bu bazarlardan əldə olunan gəliri yönləndirməyə çalışıb. bazarlarda “Quli”nin adamlarının möhkəmləndiyi faktına qoymayıblar.

Qeyd edilir ki, baş barədə Əzizin izahatını gözləməyən “Quli” özü ona vurub. Çeçen avtoritet kifayət qədər kobud tərzdə “obyektlər”in ona çatdığını bildirib. Nadir Səlifov cavabında söz verib ki, bunun qarşılığı olacaq. “Praym Kraym” bildirir ki, avtoritetlər arasındakı danışığın tonu barışığın istənilən imkanını istisna edir. İki qruplaşma arasında toqquşmanın olması da belə düşünməyə əsas verir.

Bəzi fikirlərə görə, Aslan Usoyanın (“Ded Hasan”, 2013-cü il 13-də öldürülüb) qətlindən sonra “ №1” postuna Əzizin namizədliyinə ciddi baxılırdı. O, buna görə də Qırğızıstandan göndərilmişdi. Qırğızıstanda 2006-cı ildə 16 il həbs cəzası verilən “ ” 2013-cü ilin aprel ayında azadlığa buraxılıb. Əziz azadlığa buraxılan kimi xüsusi reyslə Qroznıya yola salınıb.

“Quli” ilə münaqişə nəticəsində isə Əzizin “” titulu şübhə altına düşüb və onu çətin olacaq. Çeçen qruplaşması ilə toqquşmada Rusiya kriminal aləminin çox hissəsinin də “Lotu Quli”ni dəstəklədiyi bildirilir. Bəzi Rusiya nəşrləri bunu onunla izah edirlər ki, Əziz Batukayev rəsmi Qroznının müəyyən dairələri tərəfindən dəstəklənən, sistemli kriminaldan uzaq adamdır.

Məlumata görə, azərbaycanlı avtoritetin adamları çeçen dəstələrini Azərbaycan bazarlarından çıxarmağı bacarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: