Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Norveçdə yeni koalisiya hökuməti yaradılır

Norveçdə yeni koalisiya hökuməti yaradılır
January 15
21:47 2018

Stokholm, 15 , AZƏRTAC

Norveçdə parlament seçkilərinin nəticələrinin elan edilməsindən 4 ay sonra üç partiya yeni azlıq hökumətini yaradıb. Hökumətə yenidən Mühafizəkarlar Partiyasının Erna Sulberq edib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, razılaşmanın əldə edilməsi Moss şəhərində on gün davam edən danışıqlardan sonra elan edilib.

Razılaşma Mühafizəkarlar Partiyası və populist liberal-mühafizəkar yönümlü Tərəqqi Partiyası (FrP) koalisiyası ilə Norveç Liberal Partiyası (Venstre) arasında əldə edilib. KİV-in verdiyi məlumata görə, nazir portfellərinin sahibləri vaxtlarda müəyyənləşəcək.

E.Sulberq yeni hökumətin edilməsi münasibətilə çıxışında Krallıq üçün məqbul olan ümumi həll yollarının tapılacağını vəd edib.

Tərəqqi Partiyasının , əvvəlki hökumətin maliyyə naziri Sel Yensen bildirib ki, rəsmi Oslo, xüsusən, ailə üzvlərinin köçürülməsi ilə bağlı miqrasiya siyasətini sərtləşdirəcək, vətəndaşlıq almaq istəyənlərə əlavə tələblər irəli sürüləcək. Sel Yensenin sözlərinə görə, hökumət pərəncə geyinməyi də qadağan etmək niyyətindədir.

Qeyd edək ki, 2017-ci ilin payızında seçkilərdən sonra yeni hökuməti etmək üçün üç koalisiya qüvvəsinə cəmi səs çatmayıb. Parlamentdə onların ümumilikdə 84 mandatı var, halbuki çoxluq etmək üçün heç olmazsa 85 səs olmalıdır. azlıq hökuməti fyordlar ölkəsi üçün nadir deyildir. Belə ki, Erna Sulberqin əvvəlki hökumətləri də azlığın sağ populistlərlə koalisiyası sayəsində edilib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: