Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Ölkəmizdə qızılca ilə əlaqədar heç bir təhlükə yoxdur

Ölkəmizdə qızılca ilə əlaqədar heç bir təhlükə yoxdur
January 15
18:39 2018


Bakı, 15 yanvar, AZƏRTAC

2015-ci ilin oktyabrında Dünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun keçirdiyi müşavirədə ölkəmiz qızılca və məxmərəyin elminasiyasına nail olmuş 53 Avropa ölkəsindən biri kimi sertifikata görülüb və həmin ölkələr arasında da birinci onluğa daxildir. Həmin uğura görə həm ölkə rəhbərliyinin, həm də Səhiyyə Nazirliyinin ünvanına təbrik məktubu göndərilib. O indiyədək qızılca və məxmərəyə yoluxmuş bir uşaq haqqında da məlumat daxil olmayıb.

AZƏRTAC xəbər verir ki, barədə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda jurnalistlər üçün keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev məlumat verib.

Onun verdiyi məlumata görə, bir sıra ölkələrdə, o cümlədən Rumıniya, Bolqarıstan, , hətta postsovet respublikalarından Rusiya, Ukrayna və Gürcüstanda qızılca ilə xəstələnmə halları baş verir. Azərbaycanda həmin xəstəliyə təsadüf edilməməsi, ilk növbədə, sahədə aparılan vaksinasiya tədbirləri ilə əlaqədardır. Nəinki indi, 2008-ci ildən indiyədək bir dəfə də olsun xəstəliyə yoluxma baş verməyib. Yalnız 2013-cü ildə xaricdən daxil olan yoluxma nəticəsində lokal bir dairədə qızılcaya yoluxma müşahidə edilmişdi və çox qısa vaxtda aparılan əlavə peyvənd kampaniyası nəticəsində onun qarşısı alınıb. Baş pediatr qeyd edib ki, heç də o deyil ki, xəstəliyə bundan sonra da təsadüf ehtimalı sıfra bərabərdir. Ona görə də qızılcaya qarşı aparılan peyvənd vaksinasiyasını həmişə yüksək səviyyədə lazımdır. Halbuki elə ölkələr var ki, vaksinasiya tədbirinin aparılma səviyyəsi bəzən nəinki 80, heç 60, hətta 40 faizə də çatmır. Əlbəttə, bizi əhatə edən ölkələrdə xəstəliyin mövcud olmaması ölkəmizdə də sahədə sabitliyin qorunmasına xidmət edər. Lakin həmin ölkələrdən xəstə uşağın ölkəmizə gəlməsi peyvənd olunmamış uşağın böyük ölçüdə ona yoluxma ehtimalını saxlayır.

Professor məqsədlə ölkəyə gətirilən 11 xəstəliklə əlaqədar vaksinlərin dövlət hesabına və pulsuz aparıldığını vurğulayıb. Onun dediyinə görə, yoluxucu xəstəliklər içərisində ən yüksək yoluxma indeksi olan qızılcadır. Onu gizlətmək və qarşısını almaq mümkünsüz bir işdir və onu ev şəraitində müalicə etmək də mümkün deyil. Qeyd olunub ki, qızılca çox ağır gedişli xəstəlikdir və statistikaya görə, epidemiya zamanı 8 faizə qədər letallıq müşahidə olunur. Çox müsbət haldır ki, ölkəmizdə son 10-15 ildə peyvənd ediləndən sonra tələf olan bir uşaq da olmayıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva uşaqlar arasında sahədə aparılan peyvəndlərin 95-98 faizı əhatə etdiyini, 2013-cü ilin oktyabrından sonra hətta şübhəli halların belə qeydə alınmadığını söyləyib. O qeyd edib ki, həmin hətta allergik səpkisi laborator müayinələri üçün qan analizləri götürülür, Taun Əleyhinə Stansiyanın virusoloji laboratoriyasında yoxlanılır və həmin laboratoriya şəraitində yenidən çox diqqətlə müayinə edilir. Ölkəmizdə 1 yaşı və 6 yaşı tamam olan uşaqlar bununla əlaqədar revaksinasiya olunur və onlarda xəstəliyə qarşı uzunmüddətli, hətta ömürlük immunitet yaranır. O, 2013-cü ildə 35 yaşa qədər olanlar arasında qızılca və məxmərək əleyhinə peyvənd aparıldığını da sahədə mövcud sabitliyin əsas səbəblərindən biri olduğunu qeyd edib. 2014-cü ildə məktəblilər, 2015-ci ildən 2016-cı ilin iyununa qədər miqrasiya edən yuxarı yaşlı əhali arasında da həmin xəstəliklərə qarşı əlavə immunlaşdırma tədbirləri aparılıb. Keçən 141 nəfərdən müayinə üçün analizlər götürülüb və onların heç birində xəstəlik aşkar edilməyib. Elə bütün bunların nəticəsində də ölkəmizdə sahədə doğuran hal müşahidə edilmir.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Tags
1101115201635405366088098adadınaAfaqağırAlalınalınıballergikalmaqanalizləraparılanaparılıbaqlaraşkaraviniavropaayinazAzərbaycandaAZƏRTACbarBelbərabərdirbəzənbirbiribirincibirindBizbizibolqarBolqarıstanbubundanbunlarbunlarıbununlacidadairDardaxildaxildirdbirldediyindemədeməkdeyildənDidirektordoğuranDövlətdqiqatedəedənedibediləediliredilmedilməsiedilmiedilmirehtimalehtimalıElepidemiologiyaepidemiyaetməetməkevələləənərərəərifaizgedişgəlməgəlməsigətiriləngigiyenagizlətməkgöndərilibgörhalhallarhallarıhaqqhaqqıHBhesabhesabıhesabınahəmHəminhəttailildəildənilinilkindiindiyindiyədəkirdiyijurnalistljurnalistləjurnalistlərkampaniyaskarkeçəkeçənkeçirdiyikeçiriləkeçirilənkikilatkonfranskonfransıkonfransındaktubulaboratoriyaslakinlayiqlazımdırleyhinLiliyevaliyinlokallumatlumataMəktəblilərMəktubuməlumatməlumataMərkəzininMətbuatminmiqrasiyamüayinəmüayinələrimümkünsüzmüşavirəmüsbətnailnarahatlnarahatlıqnazirliyininnəfərdənəticəniderlandnövbənstitutundaoktyabrolanolanlarolanlardanolduolmamasolmayolmayıbolsunolunmamolunubolunuronaonlarOnlarıOnlarınonuOnunötürpediatrpeyvəndpostsovetprofessorpulsuzQanQARqarşısıqeydqədərqızqızıQızılcaqorunmasqorunmasıquliyevRAraitindrbaycandaregionalrespublikarəhbərliyininRəyrilibrisindrliyininRumıniyarusiyasabitliyinsahəsaxlamaqsaxlaysaxlayırsəbəblərindənsəhvsəviyyəsəviyyəsisırasonsonrastandatamamtauntbuattəbriktədbirləritədqiqattələtələftəsadüftəşkilattiriluğuraukraynauşağıuşağınuşaqUzunmüddətlivaksinasiyavarvarsavaxtdavaxtdanverdiyiveribverirverməyibxaricdXaricdəXaricdənxəbərXəstəxəstəlikxəstəlikdirxəstəlikləxəstəliklərxəstəliyinxidmətyayalnızyanvaryaranYaranıyaranıryaşyenidyenidənyoluxmayoluxucuyoxduryoxlanyoxlanılıryükyüksəkyuxarzamanzinin
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: