Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Ötən il 195-2 Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub

Ötən il 195-2 Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub
January 15
00:35 2018


Bakı, yanvar, AZƏRTAC

Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub. Bu müraciətlərin 8300-ə yaxını canlı rejimdə birbaşa, 2500-dən çoxu isə səsli menyu vasitəsilə cavablandırılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 73 minə yaxın müraciət daxil olub.

Ötən il ərzində daxil olan müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərdən istifadə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrinin qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri və nazirliyin səlahiyyətlərinə aid digər əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb.

üçün qeyd edək ki, 195-2 Çağrı Mərkəzi İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri birbaşa və qanunamüvafiq qaydada araşdırıldıqdan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərir. Vətəndaşlar 195-2 Çağrı Mərkəzi xidmətinin səsli menyusundan istifadə etməklə İqtisadiyyat Nazirliyi verilən , investisiya təşviqi sənədinin, hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi, Sahibkarlığa Milli Fondunun vəsaitlərindən istifadə, qrant müqavilələrinin qeydə alınması qaydası, sahibkarlıq sahəsində qanunvericiliyə uyğun olaraq həyata yoxlamaların dövlət tənzimlənməsi və istehlakçıların qanuni hüquqlarının müdafiəsi barədə ümumi əldə edə bilərlər.

Xüsusi avadanlıqlarla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir zalında fəaliyyət göstərən Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan bütün zənglər və 195-2 göstərilən bütün xidmətlər ödənişsizdir.

AZERTAG.AZ :Ötən il 195-2 Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: