Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Ötən il 4160 cinayətin üstü veteranların köməyi ilə açılıb

Ötən il 4160 cinayətin üstü veteranların köməyi ilə açılıb
January 15
14:22 2018

Bakı, 15 , AZƏRTAC

Polis veteranları cinayətkarlıqla mübarizəyə layiqli töhfələrini verirlər. Böyük həyat və xidmət yolu keçən, zəngin təcrübə qazanan polis veteranlarının köməyi ilə cinayət törətmiş bir neçə şəxs tutularaq , baş verə biləcək hüquqazidd əməllərin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, uzun illər cinayətkarlıqla mübarizə cəbhəsində “döyüşən”, bu işlərin ağırlığını çiyinlərində daşıyan polis veteranları yeniyetmə və gənclər arasında antinarkotik təbliğatının gücləndirilməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah hallarının qarşısının alınması məqsədilə yerli polis şöbələrinin və aidiyyəti xidmətlərin əməkdaşları ilə birgə ayrı-ayrı təhsil müəssisələrində, vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparır, dəyərli tövsiyələr verirlər.

Ötən il veteranların köməyi ilə respublika üzrə 4160 cinayətin açılması təmin edilib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə veteranların iştirakı ilə cinayətlərin açılması 103 fakt (2,5 faiz) artıb.

Polis veteranları şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasına, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşdırılmasına yönəlmiş tədbirləri daim diqqətdə , bu yöndə davam etdirirlər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik tədbirlərin həyata keçirilməsi başlıca fəaliyyət istiqamətlərindən biri kimi diqqətdə saxlanılıb.

Bu dövrdə veteranlar respublikanın təhsil müəssisələrində, həmçinin ayrı-ayrı kollektivlərdə 2784 dəfə vətəndaşlar çıxış edib, tövsiyələrini veriblər. Əvvəlki ilə nisbətdə keçirilən belə tədbirlərin sayı 2017-ci ildə 1104 fakt (65 faiz) çoxalıb.

Polis veteranlarının səmərəli fəaliyyəti, digər ölkələrdəki həmkarları ilə dostluq əlaqələri, uğurları, elmi, bədii axtarışları layiqli qiymətini alır. Onlardan bir neçəsi DİN və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən mükafatlandırılıb.

Bundan , 22 veteran Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin daxili işlər orqanları və Daxili Qoşunların 100 illik yubileyinə həsr olunmuş “Milisdə xidmətə görə” medalı ilə təltif edilib. Həmçinin istefada olan polis polkovniki Georgi Zapletinin yeni “Davud Paşayev. “Məxfi” qrifi ” kitabı işıq üzü görüb.

AZERTAG.AZ :Ötən il 4160 cinayətin üstü veteranların köməyi ilə açılıb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Tags
100103152201622565açılıbağırlığınaidiyyAlaliyyalınalınıbalırandaaparılmasıaparırartırartırılmasıatıatınaxtaraxtarışazAzərbaycanAZƏRTACAzyaşlıbarizbaşbaşlıcabaşqaBelBədiibildiriblbiləcəkbirbiriBizborcunabubundancəbhəcicinaycinayətcinayətincinayətlərindaDaimdaşıdaşıyandavamdavuddaxilidbirldəyərlidigərdilDinidostluqDövlətdöyüşəedibediliberkənetdirirletdirirlərələləəlləənərərəəriəriniərininətiətinətiniətləfaizFAKTfederasiyasFederasiyasıFederasiyasınıfəaliyyətfəaliyyətiformalageorgigəncGənclərgörgörüşgörüşlərgörüşlərihallarhallarıHBhəmhəsrhəyathəyatahissininililinillərillikirilmişləişlərişləriişlərinistintaqaistiqamistiqamətlərindəkeçəkeçənkeçirkeçirəkeçiriləkeçirilənkeçirilməsikikilatkitabkollektivlköməyilarlalayiqliLimaariflmedalMətbuatminmkarlarmübarizəmükafatlandırılıbmüqayisəMüxtəlifnazirliyininndirilmndirmnenikaholanolmadanolunmuönonlaronlardanOnlarıOnlarınonuorqanlarörüşpolispolkovnikiprofilaktikQARqarşısıqarşısındaqarşısınıqarşısınınqazananqeydQoşunlarıQoşunlarınqüvvəqüvvələrradikalizmrbaycanrespublikarespublikanınrespublikasrəhbərliyirininrliyiruhundarusiyasaxlansaxlaysaxlayırsaysəhvsəmərəlisilahltbuattəbliğtəbliğattədbirləritədbirlərinTəhsilTəlimtəltiftəmintərtərbiyəTərbiyəsitərəfindətərəfindəntəşkilattiraktkarltöhfətövsiyətövsiyələrtutulmasuğurlarunlarurlarUzaqUzunvarsaververiblveriblərverilibverirlverirlərveteranveteranlarveteranlarıvərdişvətəndaşVətəndaşlarvətənpərvərlikxidmətXidmətixidmətlərinyanyanvaryaradYaradıcılıqyatayeniyeniyetmyerliYOLUyubileyinyükzənginzərərli
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: