Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Prezident İlham Əliyev: “Sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək”

Prezident İlham Əliyev: “Sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək”
January 15
21:15 2018



«Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək».


 


APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Bolqarıstan baş naziri Boyko Borisovla birgə mətbuata bəyanatla çıxışında deyib.


 


«İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. bu, lazımi səviyyədə deyil. Müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu üçün də yaxşı imkanlar var və biz bu istiqamətdə də işləyəcəyik», deyə dövlət başçısı qeyd edib.


 


Prezident İlham Əliyev deyib ki, bugünkü danışıqların əsas mövzusu energetika ilə bağlı idi: “Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Cənub Qaz Dəhlizinin inşası Avropanın təhlükəsizliyinə növbəti töhfəmiz olacaqdır. Azərbaycan nefti bir çox Avropa ölkələrinin təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaqdır. Cənub Qaz Dəhlizinin icrası uğurla gedir. “Şahdənz-2” icrası 99 faizə çatıbdır. “Şahdəniz-2” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu TANAP başa çatması nəzərdə tutulmuşdur. Bu layihənin icrası da 90 faizə çatıbdır. Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın təhlükəsizliyi məsələləri da möhkəm təməl üzərində qurulacaqdır və biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir. Bir neçə ildən sonra milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər”.


 


Dövlət başçısı xatırladıb ki, keçən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıda təntənəli açılışı olub: “Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu, Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu olacaqdır. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu işləyir və məsafə baxımından Avropa və Asiya arasında ən qısa yoldur. Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına . Əlbəttə, Bolqarıstan da bu dəhlizin üzərində yerləşdiyi üçün biz göstərişlər verdik ki, müvafiq qurumlar bu məsələni də müzakirə etsinlər və yükdaşımalarının artırılması istiqamətində işlər görülsün”.


 


Prezident İlham Əliev deyib ki, sabah Bakı-Sofiya marşrutu ilə birinci təşkil ediləcək: “Azərbaycanın “Buta Airveys” şirkəti birinci reysi icra edəcək. Bu da çox əlamətdar hadisədir. Bu reys əlbəttə ki, insanları bir-birinə da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına veriləcək və bir sözlə, Bolqarıstan-Azərbaycan dostluğunu da möhkəmləndirəcəkdir”.


 


Dövlət başçısı qeyd edib ki, iki ölkə humanitar sahədə də əməkdaşlığı dərinləşdirir: “Azərbaycanda Bolqarıstanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına çox böyük maraq var. Bakı Universitetində bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasındakı ünsiyyət bizim dostluğumuzu da möhkəmləndirir və möhkəmləndirəcək”.


 





Source link

Tags
11325690adAlalaraqaliyyAPAArtıqartırasiyaaspektlatıatmasaviareysavropaavropanAvropanınavropayaayayıayındaazAzərbaycanAzərbaycandaAzərbaycanıAzərbaycanınbağBakıbaşbaşabaxbazasBelbeləbərabərbərabərdirbilərbirbirinbirincibirlikdbiyyatBizbizimbolqarBolqarıstanBolqarıstandaBolqarıstanınboykobubundanbunucəmicənubcminidadahadanDanışıqlardanışıqlarıdaşıdeyibdeyildəhlizdəmirdərinləşdirirdigərdilidirirdostdostluDövlətDURedəedəcəkedibediləediləcəkediliredilmiediredirəmedirledirlərehtiyatlarenergetikaenerjietdiketsinleyniələləəmələnərərəəriəriniərininətiətinfacebookfaizfəaliyyətfunksiyangedirgenigələgörgöstərirgöstərişgünhadishadisəhadisədirhaqqhaqqıHazırdaHBhesabHKhlizininhumanitaricraicrasidiilildəildənilinimkanlarinkişafıinkişafınainsanlarişləişlərişləyəişləyiristiqamkeçəkeçənkikonkretkubmetrLamlayacaqlayihlayihəlayihəsininlazımiLiliyevlumatlumatlarMalmalarmaraqmarşmarşrutumədəməlumatMəlumatlarmərkəziməsələməsələlərimilyardminMöhkəmmüddətMüxtəlifnazirinazirlndirirneneftiNəhəngNəqliyyatninnövbəNövbətioktyabrolacaqdolacaqdıolubprezidentprezidentiQARqazqazıQazınqazlaqeydqliyyatqoyuluqrafikqtisadiqurumlarrazisinrbaycanrbaycandareysirimizinrininrzindsabahsahəsahədəSahəsisəviyyəsininsizliyisizliyinsizliyinislavyansocarsonrastandatanaptarixintbilisitbuatatezliklTəhlükəsizliyitəhlükəsizliyintəhlükəsizliyinitəkantəmintəntənəlitərtərtibtəsdiqtəşkilticarticarəttöhfətrilyonturizmintutulmuşumuzuuniversitetindvarvasitvaxtverdikverilverildiveriləveriləcəkvermiversinlxəritəyanatlayataqlaryaxınyenidyenidənyoldurYOLUyolununyükyükləzakirzamandazəngin
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: