Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Əsrin transfer səhvi: – 10 minə görə göndərdilər, indi 100 milyon avrodur

Əsrin transfer səhvi: – 10 minə görə göndərdilər, indi 100 milyon avrodur
January 16
11:56 2018

“Barselona”nın milyon avroya Braziliyanın “Palmeyras” klubundan transfer etdiyi Yerri Mina ilə bağlı maraqlı fakt üzə çıxıb. Rumıniyanın “Vaslyu” klubu onu 10 min avroya heyətinə qatmaqdan imtina edib.

Qeyd edək ki, 23 yaşlı futbolçu “Barselona”nın ilk kolumbiyalı futbolçusu olub. Kataloniya klubu müdafiəçiyə 100 milyon avro sərbəst qiyməti qoyub.

“Guardian”, “Goal”, BBC kimi media orqanlarında çalışan rumın jurnalist Roşu iddia edib ki, Mina 3 il əvvəl özünə komanda tapmaq üçün bir çox Avropa klubunun təlim-məşq toplanışı keçdiyi gəlib. “Vaslyu” burda onu baxışa çağırıb.

Yerri Mina “Vasluy” formasında

Rumın klubunun məşqçiləri onu bəyənib. Amma “Vaslyu”un prezidenti ödənməli olan 10 min avronu verməkdən imtina edib və transfer baş tutmayıb.

Bu kimi hadisələr əvvəllər də baş verib. Bunlardan biri Türkiyənin “Gənclərbirliyi” klubundan “Real”a transfer olunan Geremi olub. Türk klubunun 5 milyon avroya satdığı kamerunlu futbolçu gəncliyində Polşa klublarının birində baxışda olub və bəyənilib. Amma cüzi transfer haqqı ödənilmədiyi üçün keçidi baş tutmayıb.

Həmçinin Rumıniya klublarının kiçik transfer haqqlarını ödəmədiyi ulduzları arasında Con Obi Mikel (Norveçin “Lin” klubundan 20 milyon avroya “Çelsi”yə transfer olunub), Seydu Dumbiya (Yanq Boyz”dan Moskva ÇSKA-sına 11, ordan “Roma”ya 14 milyon avroya transfer olunub), Aleksandar Kolarov (Onu Serbiyanın OFK klubundan 0 min avroya “Latsio” “Mançester Siti”yə 22,7 milyon avroya satıb).

Bir başqa bənzər olay Bosniya və Herseqovinada . 2005- ildə “Jeljezniçar” Yaya Tureni göndərib. Afrikalı futbolçu həmin ilk Donetsk “Metallurq”una keçib. Ondan sonra “Olimpiakos”, “Monako” və “Barselona”da oynayıb. 2010-cu ildə isə 30 milyon avroya “Mançester Siti”yə transfer olunub.

Hazırda “”da oynayan Robert Levandovskinin hekayəsi daha maraqlıdı. 18 yaşında Polşanın “Legiya” klubu tərəfindən müqaviləsi yenilənmədiyindən klubsuz qalıb. Həmin vaxt futbolçu “Srvena Zvezda”ya təklif olunub. Amma serblər “Legiya”nın istəmədiyini biz də istəmirik” deyərək ondan imtina edib. Nəticədə 15 min avroya Polşanın “Jniç” klubuna transfer olunan Leva 2 il sonra 3 min avroya “Lex”ə satılıb. Dortmund “Borussiya”sı onu 2010-cu ildə 4,75 milyon avroya alıb. 2014-cü ildə müqaviləsi başa çatdığı üçün “”ya pulsuz keçən polşalı ulduza hazırda “Transfermarkt” milyon avro qiymət qoyub.//Fanat.az

Millət vəkillərimiz Sofiyaya səfər – Bu gün – Oxumaq üçün tıkla

Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: