Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Avropa Azərbaycan Məktəbi uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir keçirib

Avropa Azərbaycan Məktəbi uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir keçirib
January 16
13:33 2018

“Libraff” kitab mağazaları şəbəkəsi və Avropa Azərbaycan Məktəbinin (EAS) birgə əməkdaşlığı şəraitində uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir keçirilib.

 

Avropa Azərbaycan Məktəbindən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd tədris prosesində əla nəticələr əldə etmiş şagirdləri oxumağa, xüsusilə də ana dilimizdə mütaliəyə təşviq etmək üçün mükafatlandırmaq olub.

 

Həmçinin, tanınmış uşaq yazarı Reyhan Yusifqızının imza günü tədbiri təşkil olunub.
;
 

Avropa Azərbaycan Məktəbinin direktoru Qarri Qrippin şagird və valideynlərini salamlayaraq, uşaqların doğma ana dilini mükəmməl bilməsinin əhəmiyyətindən danışıb. Sonra şagirdlərə TEAS Press Nəşriyyat Evinə məxsus əmtəə nişanı olan “ alma” nəşriyyatı adından “Mimi”, “Köhlən at” və “Qrin Qeyblz malikanəsinin qızı Anni” kitabları hədiyyə olunub. 
;
 

R. Yusifqızı müəllifi olduğu kitabın qəhrəmanı “Mimi” timsalında yüksək texnologiyaların əhəmiyyətindən və müasir cəmiyyətin inkişafına misilsiz xidmətlərindən bəhs edib. Yazıçı hədiyyə olunan kitabları . Sonra kitabın illüstratoru rəssam Səbinə Vəzirova balaca qonaqlara “Mimi” qəhrəmanının necə yaratdığını məktəblilərə izah edib.
;
 

R. Yusifqızının sözügedən kitabında ikinci sinif şagirdi Aylinin yaşlı professorun evində yaşayan “Mimi” adlı qeyri-adi siçanla dostluğundan bəhs . Tanınmış alim Lutfi Zadənin prototipi kimi qələmə alınmış professor oyuncaq siçanını əməliyyat edərək ona süni beyin yerləşdirir. “Mimi” insan kimi danışır, hərəkət edir, riyaziyyatı bilir. Aylinə riyaziyyat tapşırıqlarında kömək edir, onunla birlikdə musiqiyə qulaq asıb, rəqs
;
 

Qeyd edək , R. Yusifqızı (Şıxlinskaya) Azərbaycan yazıçısı, Yazıçılar Birliyinin üzvü, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlərin müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dossentdir. Vaxtaşırı məktəblərdə və kitab evlərində oxucularla görüşlər keçirir, məktəb tamaşalarına ssenarilər yazır. Rəqəmləri və riyazi çox sevir. Yazıçının dediyinə görə, uşaqlıqda onun “Mimi” adlı oyuncaq siçanı var imiş. Yazıçı inanır , yüksək texnologiyaların inkişafı erasında oyuncaqlar artıq uşaqlarla danışacaqlar. O, “Mimi”ni bütün sevdirmək istəyir. böyük arzusu isə onun haqqında cizgi filminin çəkilməsidir.

Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: