Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub YENİLƏNİB VİDEO

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub YENİLƏNİB VİDEO
January 16
21:21 2018


Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur.

Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru Əli Həsənov, tərtibçiləri Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi, fəlsəfə elmləri doktoru Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyevdir.

Tədbiri açan Kamal Abdulla deyib ki, Azərbaycan multikulturalizminin siyasi ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən biri də multikulturalizmin ölkəmizdə inkişaf etdirilməsidir. Bu siyasəti bu gün Prezident İlham Əliyev əzmlə davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini sürətləndirir. Beynəlxalq müstəvidə isə bu siyasət mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü göstərir. Bir sıra Avropa ölkələrində multikulturalizmin iflas etməsi ilə bağlı fikirlərin formalaşması fonunda Azərbaycanda multikultural hərəkatın təntənəsi ilə dövlətimizin başçısı Azərbaycanın timsalında multikulturalizmin inkişafının nikbin qütbünü formalaşdırdı.

Kamal Abdulla deyib ki, təqdimatı keçirilən bu Azərbaycan Prezidentinin multikultural dəyərlərə nə qədər çox önəm verməsinin bariz göstəricisidir. təkcə Azərbaycan multikulturalizmini deyil, Azərbaycan xalqının tarixini, ədəbiyyatını, mədəniyyətini, mənəviyyatını öyrənmək istəyənlər üçün gözəl vəsaitdir. Dövlətimizin başçısının nəşrdə toplanmış hər bir fikrində ölkəmizə, xalqımıza, dünyadakı bütün sülhsevər insanlara məhəbbət və sevgi hiss edilir. Azərbaycan Prezidentinin multikulturalizm barədə fikirləri, göstərişləri onun 2016-cı ildə elan etdiyi “Multikulturalizm İli” başa çatdıqdan sonra da davam edir. Biz hər gün bunun şahidi oluruq. Bu kitabın davamı olacaq və dövlətimizin başçısının Azərbaycanın multikulturalizm modeli, dünyada multikultural əhval-ruhiyyənin bərqərar olması üçün görüləcək işlər barədə dedikləri nəşrin növbəti cildlərində dərc ediləcək. Kitabın digər dillərə tərcüməsi də nəzərdə tutulur.

Sonra çıxış edən Etibar Nəcəfov deyib ki, müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət müasir dövrdə dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Qeyd edilib ki, böyük idraki və praktiki əhəmiyyəti olan bu kitabda multikulturalizm Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir kimi təqdim olunur. Kitabda multikulturalizmin bir sıra nəzəri , Azərbaycan multikulturalizm modelinin xüsusiyyətləri öz əksini tapıb. Nəşrdə Azərbaycan dövlətinin multikulturalizm sahəsində böyük təcrübəsinə dair önəmli fikirlər alıb və bu da digər ölkələr, xüsusilə də hazırda multikulturalizm siyasətini həyata keçirməkdə ciddi problemlərlə üzləşən ölkələri üçün vacibdir.

Dini İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın multikulturalizm dəyərlərinin təbliği istiqamətində görülən işlərdən danışıb. O deyib ki, Azərbaycanın özünəməxsus dəyərləri var və bu dəyərlərin içərisində multikulturalizmi xüsusi qeyd etmək olar. Təsadüfi deyil ki, bu gün multikulturalizm Azərbaycanda həyat tərzidir.

Dövlət Komitəsinin sədri Azərbaycan Prezidentinin multikulturalizmlə bağlı fikirlərinin toplu halında, üç dildə dərc edilməsinin çox önəmli olduğunu vurğulayıb. “Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir və nümunə kimi göstərilir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, multikulturalizmin alternativi yoxdur. Bu gün multikulturalizm müharibə və münaqişələrlə üzləşən dünyanı xilas edəcək yeganə yanaşmadır”, – deyə o əlavə edib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda multikulturalizmin çox ciddi tarixi, coğrafi, ideoloji, siyasi əsasları var. Buna görə də Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti səviyyəsinə çatdırıb. Dövlətimizin başçısının kitabda almış bu fikirlərinin məcmusu bütövlükdə Azərbaycan multikulturalizmi haqqında tam təsəvvür formalaşdırır.

Hikmət Babaoğlu deyib: “Azərbaycandakı multikultural modelin ən səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, bizdə məcburetmə yoxdur, fərqliliklərə sevgi var. Avropada bəzi cəmiyyətlərdə multikulturalizm mövcud olsa da, buradakı hüquqi sistem insanları məcbur edir ki, multikultural olsunlar, ətrafdakı fərqliliklərə dözsünlər. Yəni, burada bir məcburiyyət var. Azərbaycandakı multikulturalizmin xüsusiyyəti isə ondan ibarətdir ki, hər birimiz onu sevərək yaşayırıq, öz həyat tərzimiz kimi qəbul edirik”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, BBMM-in Himayəçilər Şurasının üzvü Firəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov ölkəmizdə multikultural mühitin qorunmasının daim diqqət mərkəzində olduğunu söyləyiblər. Bildirilib ki, bu gün beynəlxalq aləmdə müharibələrin, münaqişələrin, qanlı toqquşmaların və digər problemlərin yaşandığı bir Azərbaycan sanki dünyada bir oazisdir. Azərbaycanda əmin-amanlıq, sabitlik yüksək multikultural mühit hökm sürür. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.

Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete, Bakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, BBMM-in Himayəçilər Şurasının üzvü Aleksandr Şarovski və digərləri ölkəmizdəki multikultural, tolerant mühitin üstünlüklərindən bəhs ediblər. Onlar Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurların dünya dövlətləri, ölkəmizə gələn qonaqlar tərəfindən də etiraf edildiyini və yüksək qiymətləndirildiyini söyləyiblər. Vurğulanıb ki, bütün dünyada Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsinə artan maraq bəzi xarici siyasətçilərin dedikləri kimi, onun neftlə, təbii qazla bərabər, tolerantlığı da ixrac edən dövlət imicinin qazanmasına səbəb olub. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasətin nəticəsidir.

Sonda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində BBMM-in gördüyü işlər barədə verib. O, təqdimatı keçirilən “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının həm ölkə daxilində, həm də xaricdə elmi müzakirələrinin təşkil ediləcəyini söyləyib.

Qeyd edək ki, daxil olan sitatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AZƏRTAC tərəfindən yayılmış nitqlərindən, çıxışlarından və müsahibələrindən götürülüb.

siyasətçilər, ölkəşünaslar, mədəniyyətşünaslar, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

AZERTAG.AZ :“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub YENİLƏNİB VİDEO

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Tags
2016abdullaaçanadadministrasiyasahidiakademikAlaleksandralıbalternativiamanlapardaparılanartanatdıatmasavropaavropadaayAyanayıazAzərbaycanAzərbaycandaAzərbaycanıAzərbaycanınAZƏRTACbağbanisibarbarizbaşbaşabaşçısıbaşçısınıbaşçısınınBeynəlxalqbəhsbərabərbəzibildiribbildirilibbirbiribiridirbirimizbiyyatBizbubunabundanbunlarbununburadaburadakcavidcburiyyciddiclisindadahaDaimdairdandanışıbdavamdaxildaxilinddbiridedikldeputatdeyibdeyildəndərcdəyərlərdəyərlidialoqundigərdilinddilindəDillərDinidiqqətdirektordirektorudiridoktorudostluDövlətdövlətininedəedəcəkedəkedənedibedibledibləredildiyiniediləediləcəkedilənedilibediliredilmedilməsininediredirikelanelmlərelmlərietdiriletdirilmetdiriretdiyietibaretirafetməetməketməsietnikələləənərərəəriəriməriniərininəsirəslətiətinətiniətininətləfikirlfikirlərifikrindfonundaformalagenigələgələngörgörüləngöstəricisidirgöstərilirgöstərirgöstərişgözgözəgözəlgünhalhalıhalındahaqqhaqqıHazırdaHBHeydərhəmhərhərəkatıHəsənovhəyathəyataHikməthimayhissHKicmalaricmasicmasıicmasınınicraictimaiideolojiideyailildəildəniləingilisinkişafıinkişafınainkişafınıninsanlarinsanlarainteqrasiyairdiyiirilibirilirişləişlərişlərdəişlərdənistəyənləristiqamistiqamətiixrackamalkarlarkeçirdiyikeçiriləkeçirilənkeçirilirKərimkikitabKitabakitabdakitabınınkitabxanaskmköməkköməkçisikomitKomitəKomitəsininlayihlayihəLiliyevliyevinlizadllifilumatlxalqmalarmaraqmehdiyevməcburMəclisinmədəMədəniyyətMəhəbbətməlumatmənMənəmərkəziMərkəzininməsələməsələləriməsləhətməxsusmilliminmiqyasdamizinmodelimodelinmodelininmodellmodelləmüəllifimultikulturalmultikulturalizmmultikulturalizmimultikulturalizminmultikulturalizmininmünaqişəmünasibətlərmüzakirənailiyyndirilirndirirneftlNəcəfovNəmnəşrnəticənikbinninNiyyətniyyətininövbəNövbətinsubiyyolacaqolanolarolduolmasolmayaraqolsaolsunlarolubolunanolunurondanonlaronuOnunötürözpraktikiprezidentprezidentiprezidentininproblemlproblemləproseslQARqardaqardaşqardaşlığıqarşısıqazanmasınaqazlaqdimatqeydQəbulqədərQərbqiymətləndirilirqonaqlarqorunmasqorunmasıqoyduqurbanlqurumlarlaRAramizrarasrbaycanrbaycandarbaycandakredaktorurespublikasRespublikasıRespublikasınınrəhbərirəhbərliyiricisidirrilirrininrisindrliyiruhiyyrussabitliksahəsahəsindəsahəsindəkisahibsaitdirsankisaslarsevgisəbəbsədrisəhvsəviyyəsidirsininsistemsiyassiyasətsiyasətinisiyasisırasonrasürətlətamtapıbtarixtarixitarixiniTəbiitəbliğtəbliğitəcrübətədbiritəntənəsitəqdimtəqdimattərtərəfindətərəfindəntərtibtəşəbbüstəsirtəşkiltəşviqtidirtinintoleranttolerantltolerantlıqtoplantoplanıbtoplutoqqutoqquşmalarıntrafdakttifaqtutulubtutuluruğurlaruğurlarıuluurlarüstəvacibdirVanvarvarsaveribverirvətəndaşıvəziVIviyyatvladimirXalqxalqıxalqınıxaricdxaricixəbərxilasxüsusiyyətixüsusiyyətləriyayanayanvaryanvarınyaradyaradıryaşyaşayanyaşayıryataYAYyayıyeganyeniYENİLƏNİBYeryoxduryükyüksəkzakirzamandazetininzəminzinin
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: