Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Məşhur polyak naşir Bakı Slavyan Universitetindən yazıb

Məşhur polyak naşir Bakı Slavyan Universitetindən yazıb
January 16
17:52 2018

Bakı, 16 yanvar, AZƏRTAC 

Polşanın məşhur naşiri Marşalekin təsisçi olduğu “Exo” qəzetinin bir neçə sayında Bakı Slavyan Universiteti (BSU) haqqında materiallar dərc olunub. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

A.Marşalek məqalədə BSU-nun rektoru, professor Nurlana Əliyeva, prorektorlar Rafiq Novruzov və Əbülfəz Nağıyevlə görüşlərindən, universitetdə fəaliyyət Polyak Dili və Mədəniyyəti Mərkəzindən söhbət . Azərbaycanın bu ali təhsil müəssisəsinin Avropanın ən yaxşı ali təhsil ocaqları ilə müqayisə oluna biləcəyini vurğulayan A.Marşalek “Exo” qəzetinin digər nömrəsində BSU- çalışan almaniyalı professor Ziqlinda Hartman, Polşadan gəlmiş professor Danuta Pleçko ilə görüşlərini də xatırladıb. Qəzetdə, həmçinin BSU- təhsil hazırladıqları ədəbi-bədii proqramlardan şəkillər və reportajlar yer alıb.

A.Marşalek reportajında Bakıda azərbaycanlı tələbələrlə polyak dilində danışmaqdan məmnun olduğunu bildirib. Bakını dünyanın ən müasir şəhərlərindən biri kimi dəyərləndirən A.Marşalek xalqımızın tolerantlıq və dəyərlərlə tanındığını, dünyaya bir model kimi çıxdığını vurğulayıb. O, Avropanın özündə dini, irqi, etnik və mədəni problemlərin yaşandığı halda, Azərbaycanın hər yerində multikulturalizmin hakim olduğunu bildirir. Bakıda tələbələrdən bir çoxunun etnik-mədəni kimliyi ilə maraqlandığını qeyd edən naşir yazır: “Onların arasında etnik azlıqların nümayəndəsi var, görürəm ki, etnik-mədəni fərqlər arasında, onların münasibətlərində heç bir problem yaratmır. Bu, həqiqətən, dünya üçün çox yaxşı örnək sayıla biləcək bir haldır”.

Qeyd edək ki, Polşada məşhur nəşriyyat evinin sahibi olan Y.Marşalek qəzetlə yanaşı, həm də iki jurnalın təsisçisidir. Ötən il onun qızı Yoanna Marşalek də BSU- qarşısında silsilə mühazirələr oxuyub.

Mətndə səhv , onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: